Müğənni bildirdi ki, sentyabrda keçiriləcək festivala ötən həftə dəvət alıb. Əməkdar artist xatırlatdı ki, "Barevna rlaneta" (rəngarəng planet) adlanan beynəlxalq festivalda o, ikinci dəfə iştirak edəcək. Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən festivalda uğur qazanan iştirakçılardan biri Tünzalə Ağayeva olub. Müğənni IX dəfə keçiriləcək festivala Cəmil Əmirovla birgə hazırladığı "Ölkəm" layihəsi ilə qatılacağı barədə xəbər verdi. O bildirdi ki, festivalın adını daşıyan saytda (barevnarlaneta.cz) iştirakçılar və festivalın proqramı barədə geniş məlumat yerləşdirilib. Tünzalə Ağayeva haqqında bilgilər yenə də birinci sıradadır. Veb-səhifədə eyni zamanda Almaniya, Fransa, Pakistan, Yəmən, Ukrayna, Finlandiya, Bosniya, Zimbabve, Britaniya, İrlandiya, Amerika, Argentina, Meksikadan olan iştirakçıların adları qeyd olunub. Saytla tanışlığımızda məlum oldu ki, beynəlxalq tədbir musiqi ilə yanaşı, kino, rəqs və bir çox sahələri əhatə edəcək. T.Ağayevanın ötən ildən başlayan musiqi layihəsinin hazırlıqları davam edir. Bu ərəfədə müğənni barəsində xoş sözlərlə yanaşı, həmkarlarının tikanlı ifadələrini də eşidib. İkincilərə əhəmiyyət verməməyə çalışan müğənni bunları dedi: "Bizim şou-biznesdə iki cür məşhurlaşmaq mümkündür: ya bütün fəsli açıq geyimlər geyinib, kimə gəldi söz atmaqla gündəmdə qalasan, ya da ciddi sənətlə məşğul olasan. Hərə özünə yaraşanı seçir. Mən ikinci variant üzərində dayandım. İndi belələrinin sayı çox azdır. Başımı aşağı salıb musiqi bəstələyirəm, mahnılar hazırlayıram. İşdən ayrılanda eşidirəm ki, kimsə mənim haqqımda nəsə deyib. Hərdən elə adamlar danışır, məəttəl qalıram. Çünki iki gün qabaq onunla bir süfrə arxasında oturmuşam və yaradıcılığım barədə xoş sözlər eştimişəm. İnsanların üzü tez dönür. Heç vaxt boş söhbətlərə münaisbət bildirmək istəməmişəm. Çünki özümü həmin xanımın səviyyəsinə endirmək istəmirəm. Birindən qurtarmamış, başqası haqqında danışır. Hər yerdən onun tikanlı sözləri eşidilir". Tünzalə xanımın sonda həmkarlarına belə bir təklifi oldu: "Bu gün musiqimiz bizim ifamızda inkişaf mərhələsini yaşayır. Onun son illər düşdüyü durum onsuz da ürəkaçan deyil. Gəlin söz-söhbəti bir kənara qoyub, yaxşı işlərlə məşğul olaq. İrəli gedəni baltalamaq lazım deyil. Böyük müsabiqələrə hələ də yol tapa bilməmişik. Amma bir-birimizin ayağını çəkib, heç kimi irəliləməyə qoymuruq".
“ M-group production”un rəhbəri Murad Dadaşov yeni layihə üzərində işləyir. Şoumen tamaşaçılara bu dəfə hər hansı bir realiti-şou yox, serial təqdim etmək fikrinə düşüb. Hazırda o, müxtəlif ölkələrin prodüserləri ilə danışıqlar aparır. “Bir çox əcnəbi seriallar var ki, bu günədək maraqla izlənməkdədir. Bunlardan “Elen və uşaqlar”ı, “Dostlar”ı, “Mənim gözəl dayəm”i misal çəkmək olar. Əslində ekran qarşısında əyləşib bu filmləri izləyəndə adama hər şey olduqca asan gəlir. Amma belə deyil, kinonun da öz çətinlikləri var”. M.Dadaşovun məlumatına əsasən, bir çox yerli kanallar bu kimi layihələri həyata keçirmək məqsədilə ona müraciət edib: “Biz bu təklifləri dəyərləndirmək fikrindəyik. Qısa zaman ərzində tamaşaçılar yerli serialları izləmiş olacaqlar”.
Dünən «N-brothers» qrupunun ad günü oldu. Bakı restoranlarının birində özünə ad günü keçirən qrupun tədbirinə gedərkən «TrendLife» maraqlı hadisənin şahidi oldu. Hələ konsert proqramı başlamamış, bura 800 nəfər insan toplaşmışdı. Bir anlıq düşündük ki, yəqin səhv ünvana gəlmişik. Namiq qardaşı görən kimi rahatlaşıb, ona suallar verməyə başladıq.
- Burda nə baş verir? Hələ konsert başlamayıb, millət artıq şənlənir.
- Bu qrupun məşhurluğundan xəbər verir. Görürsünüz, nə qədər qonaq var. Biz heç kimi dəvət etməmişik. Sadəcə, TV-də üç gün reklamımız gedib. Biz düşünürdük ki, bu bayramı dostlar arasında qeyd edək. Görürsünüz də…
Bayram saat 21:00-də başladı. Azər Axşamın çıxışından sonra səhnəyə tədbirin səbəbkarları çıxdılar. Gənclər oynadılar, oxudular. Daha sonra Namiq qardaşın «Can bala» adlı yeni qrupu səhnəyə çıxdı. Bu qrup iki oğlan və bir qızdan ibarətdir. «Bu mənim yeni layihəmdir və inanıram ki, layihələrim davamlı olacaq. Əsl prodüser öz profsionallığını göstərməlidir. Nə üçün Maks Fadeyevin beş qrupu olsun, məndə olmasın? Mənim şəxsi prodakşnım, qurğularım, yaxşı mütəxəssislərim var. Şərait varsa, inkişaf edib, irəliləmək lazımdır. Gələcəkdə isə qızlardan ibarət rəqs qrupu da yaratmaq fikrindəyəm.
- Nəyə görə əvvəllər «N-brothers» qrupunda dörd, indi isə üç ifaçı var?
- Yeri gəlmişkən, əvvəl üç ifaçı vardı. Sonra dörd oldu. Uşaqlar gəlir, gedir, lakin qrupun səviyyəsi dəyişmir. Hər yerdə bizi çox yaxşı tanıyırlar. Bizi sevir, hörmət edirlər.
Onları təbrikə qrupun eks üzvləri Xalid və Vüsal da gəlmişdilər. Hazırda onlar özlərinin solo karyeralarını qururlar. Daha sonra tədbirə müğənni Zamiq, Natəvan, Lalə Məmmədova, Xuraman Şuşalı, Rəşad İlyasov və başqaları da qoşuldular. Gecənin sonunda- 00:30-da rəqs meydançasında dava düşdü. Lakin tezliklə hər şey yoluna qoyuldu və gənclər gecə yarısına qədər əyləndilər.
Müğənni Rəqsanə bu gün ANS TV-nın efirində “Xoş vaxt” verilişində aparıcı Nisə Qasımovanın qonağı olub. O, bir müddət əvvəl anası və bacısı barədə yayılan xəbərləri təkzib edib və bu xəbərləri sadəcə olaraq dedi-qodu adlandırıb: «Mən hər şeyin sonunu gözləyirəm. Mən hər şeyi qanun yoluna buraxmışam. Əgər qohumlarımdan birinin səhvi olubsa, qanun qarşısında hər kəs öz cavabını verməlidir». Müğənni bildirib ki, baş verənlər ona qarşı qurulmuş oyundur.
Veriliş zamanı Rəqsanə kövrəlib və birbaşa yayımda ağlayıb. Bütün veriliş boyu ağlayan və həmişəkindən fərqli olaraq bu dəfə qapalı geyimdə olan Rəqsanə namaz qılacağını söyləyib. O, deyib ki, Ramazan ayı ərzində tamamilə qapalı geyinəcək və namaz qılacaq. Ramazan ayından sonra da o, daim namaz qılacağını vurğulayıb. Daha sonra o, “Dostum” mahnısını ifa edib və özünə dəstək olanlara və onu bu günə gətirən insanlara təşəkkür edib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin rəsmi saytında Rəqsanənin anası və bacısının insan alveri ilə məşğul olmaqda təqsirli bilinərək həbs olunduğu barədə xəbər verilmişdi. Müğənni isə həmin şəxslərin adlarının sadəcə olaraq onun qohumları ilə oxşar adda olduğunu bildirmişdi.
Müğənni Nura Surinin repertuarındakı "Azərbaycanım" adlı mahnıya çəkdirdiyi klip ilk dəfə jurnalistlər üçün nümayiş olunub. Musiqisi və sözləri Xanım İsmayılqızıya məxsus mahnını rejissor Elxan Cəfərov ekranlaşdırıb. Müğənninin ifa etdiyi bu mahnı ANS şirkətlər qrupunun vətənpərvərlik mövzusunda keçirdiyi müsabiqədə ikinci yeri tutub. X.İsmayılqızı bu mahnını "Azəristar" müsabiqəsinin iştirakçısı Ayaz üçün yazdığını, lakin bəstəni Nuranın ifasında da bəyəndiyini vurğulayıb: "Mahnını Nuranın ifasında eşidəndə çox təəccübləndim. Çünki belə mükəmməl ifa gözləmirdim. Hətta səsyazma da heç bir məşq olmadan, çox tez başa gəlib. Nura bu mahnını gözəl oxumaqla vətənə bağlılığını təsdiqləyib". E.Cəfərov əslində klipin Vətənə aid sənədli kadrlar toplusu olduğunu söyləyib. Qeyd edək ki, Nura bu klipdə çəkilməyib. Ekran işində Azərbaycanın tarixini, müxtəlif sahələrdə qazanılan uğurları əks etdirən epizodlar yer alıb. Rejissorun işindən razı qaldığını və "Azərbaycanım" bəstəsini çox bəyəndiyini deyən Nura özünün klipdə çəkilməməsinin səbəbini mahnının onun imicinə uyğun gəlməməsilə əsaslandırıb: "Bu mahnı sadəcə Vətənimə olan sevgimin ifadəsidir". Azərbaycan haqqında bəstələrin çox olduğunu, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Briliant Dadaşova kimi əməkdar artistlərin repertuarında da vətənpərvər mahnıların yer aldığını söyləyən sənətçi özünü onların sırasında görmədiyini qeyd edbi: "Onlar bu sənətdə artıq öz sözlərini demiş insanlardır, onlara çatmaq üçün hələ çox çalışmalıyam. Bu sənətə müğənni olmaq üçün gəlməmişəm. Müğənnilik həyatımın mənası deyil. Həyatımda olan ən vacibi uşaqlarım və onların gələcəyidir. Oxumaqsa sadəcə hobbimdir"
Son günlər demək olar ki, bütün mətbu orqanlarının şou xəbərlərinin əsas mövzusu Rəqsanədir. Xəbər verdiyimiz kimi, müğənninin anasının və bacısının qadın alverində suçlanması, hətta bacısının məsələ ilə əlaqədar saxlanılması onu medianın əsas obyektnə çevirib. Doğrudur, müğənni qəzetimizdə ailəsi ilə bağlı baş verənlərə aydınlıq gətirərək bunu təşkil olunmuş bir iş hesab etsə də, hələlik məsələ açıq qalır. Hər şeyi məhkəmə həll edəcək. Bu söz-söhbətlər səngiməmiş bu gün daha bir xəbər aldıq - Rəqsanə prodüsserindən ayrılıb. Xəbəri dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Rəqsanə məlumatı təsdiqlədi. Prodüsserindən ayrılmağının səbəbəinə gəldikdə isə, «Bir onu deyə bilərəm ki, o qızın anasına çox böyük hörmətim var», - dedi. «Prodüsserin işdən uzaqlaşdırılması ilə son olayların bağlılılığı varmı»,- sualına isə, «Xahiş edirəm, bu haqda məndən heç nə soruşmayın», - dedi.
Sentyabrın 17-də «Yeni ulduz» müsabiqəsinin növbəti seçim turu başlayır. «TrendLife»da olan məlumata görə, müsabiqənin formatı və münsifləri dəyişilməyib. Münsiflər heyətində olan Mübariz Tağıyevin «TrendLife»a verdiyi məlumata görə, finalçıların sayı 15 nəfərdir: «Əgər biz görsək ki, həqiqətən də istedadlı uşaqlar var, yəqin ki, onların sayını 16-ya, 20-yə qaldıra bilərik». Onu da qeyd edək ki, münsiflər heyətinə Mübariz Tağıyevdən başqa yerli şou-biznesin nəhəngləri Ruhəngiz Qasımova, Oqtay Əliyev, Faiq Ağayev, Murad Dadaşov daxildir.
Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində müğənni Rəqsanənin anası və bacısının qadın alverində günahlandırılaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlar yayılıb. Dünən isə ölkə mətbuatı daha bir müğənni - Xatirə İslamın adını qadın alverində hallandırıb. Yayılan məlumatda müğənninin istintaq orqanlarına çağırıldığı da qeyd olunub.
«TrendLife» məsələ ilə bağlı Xatirə İslamla əlaqə saxlamaq istəsə də, müğənni Azərbaycandan kənarda olduğundan onunla danışmaq mümkün olmayıb. Bununla belə, Xatirənin anası Nüşabə Kamalla danışıb, onun bu məsələyə münasibətini öyrənə bildik. «Bunlar hamısı şayiələrdən başqa bir şey deyil. Xatirə hal-hazırda Türkiyədə qastrol səfərindədir. Bir-iki günə qayıdıb özü onun barəsində dedi-qodu yayanlarla haqq-hesab çəkəcək. Bildiyimizə görə bu şayiələr müxalifətyönlü mətbuatda dərc olunub.Xatirə özü iqtidaryönlüdür. Müxalifətçi deyil. Həmişə dövlət tədbirlərində iştirak edir. Bu şayiələri çıxardanları axtarıb tapıb prezident İlham Əliyevə, Avropa Şurasına müraciət edəcəm. Hansı Xatirənin adına söz çıxardırlar, o Xatirənin ki, Azərbaycan bayrağını bütün dünyada tanıdır. Qızıma böhtan atanları sakit buraxmaq fikrində deyiləm, çünki bu şayiələrlə ailəmizə mənəvi zərbə vurulub».
Onu da qeyd edək ki, səhər «Yeni Müsavat» qəzeti informasiyanı təkzib edib.
Biz müğənni Brilliant Dadaşova ilə onun sadə, çox zövqlə tikilmiş bağında görüşdük. Lakin biz onun bağı barəsində deyil, sənəti, yaradıcılığı barədə söhbət edəcəyik. Bu müğənni ilə söhbət etmək üçün nəinki Zaqulbaya getmək, hətta orada ağcaqanadlarla əməlli-başlı mübarizə aparmalı oldum. Sözün duzu, söhbətimiz o qədər maraqlı alındı ki, hər şey haqqında unutdum. Mən söhbətə təbriklərlə başladım.
- Brilliant xanım, ilk növbədə sizi nə ilə təbrik edək. Oğlunuzun ali məktəbə daxil olması ilə, yoxsa ad gününüz münasibətilə?
- Hər ikisi ilə. İncimərəm. (gülür)
- Siz nədən küsürsünüz?
- Haqsızlıq və ikiüzlülük olanda.
- Buna görə ekranlarda tez-tez görünmürsünüz?
- Mən heç vaxt ekranlarda görünməyə can atmamışam. Əgər yadınızdadırsa, mənim ilk yaradıcılığım kadr arxası olub. Sonra evdəkilərimin təkidi ilə efirə çıxmağa başlamışam. Yenə də deyirəm, səsimin tamaşaçılar tərəfindən bəyənildiyini biləndən sonra bu qərara gəlmişəm.
- Akif İslamzadə ilə olan duetiniz indiyə qədər hər kəsin yadındadır. Yəqin ertəsi gün artıq yuxudan tanınmış biri oyandınız?
- Xeyr. O vaxtlar bir gün içində tanınmaq çox çətin idi. İndi ifaçılar efiri pulla alır. Həmin vaxtlarda növbəti dəfə efirə çıxmaq üçün üç ay gözləməli idin. Həm də o vaxtlar Şövkət Ələkbərova, Rəşid Behbudov kimi korifey sənətçilərimiz səhnəyə çıxanda oxumağa risk etmirdim.
- Siz söyləyirsiniz ki, o vaxt səhnəyə Rəşid Behbudov, Şövkət Ələkbərova çıxanda oxumağa risk etmirdiniz. Bəs indi necə, estradamızda bu səviyyədə ifaçılar var?
- Mənə belə təxribatçı suallar verməyin.(gülür) Bilirsiniz, axı mən deyəcəm yoxdur. Bəs siz necə düşünürsünz, var?
- Biri var onlar haqqında jurnalist danışır, biri də var əməkdar artist danışır. Nəyə görə hazırda yerli şou-biznesdə sadaladığımız korifeylər səviyyəsində ifaçılar yoxdur. Sizcə problem nədir?
- Bəlkə ona görə ki, onlar yüz ildən bir doğulurlar. Ümumiyyətlə, bu suala cavab vermək çox çətindir. Bəlkə də ona görə ki, biz onları həyatdan gedəndən sonra korifey adlandırırıq. Nə bilim hər şey ola bilər.
- Bəlkə, bütün teleməkana dolmuş, altı səkkiz ritmi və onun mədəniyyətimizə vurduğu ziyanı da biz yalınız sonralar qiymətləndirə biləcəyik?
- Bilirsiniz, burda iş ritmdə deyil, ifaçının zövqündədir. Axı, bu ritm altında da gözəl oxumaq olar. Kompüter musiqisinin köməkliyi ilə indi hər şey çox asanlaşıb. Yerindən duran oxuyur.
- Demək istəyirsiniz ki, texniki inkişaf musiqinin keyfiyyətinin aşağı enməsinə səbəb olub?
- Əlbəttə. Necə ki, kompüterlər uşaqların zehni hesablamaq həvəsini öldürüb. Kompüter musiqisi də müğənnilərimizdə öz səsləri üzərində işləmək həvəsini öldürüb. Belə deyim, məktəblilər kompüterin, müğənnilər də fonoqramın qulu olub.
- Axı bu sizi qorxutmamalıdır. Siz öz səsinizin gücünə əminsiniz.
- Bəli, mən öz səsimin gücünə əminəm. Hərçənd ki, nadir hallarda öz ifamdan razı qalıram. Hələ bir dəfə də olmayıb ki, mən səsyazma studiyasından çıxanda deyim ki: «Nə qəşəng oxudum».
- Bəzən sizin ifa tərzinizi, səsinizi təkrarlamaq istəyənlər olur. Yeri gəlmişkən, buna münasibətiniz necədir?
- (gülür). Mən artıq öyrəncəliyəm. İlk dəfə efirə çıxdıqdan sonra, az tanınmış müğənnilər məndən nəsə götürüb, özününküləşdirib. Qeyri-təvəzökarlığıma görə məni bağışlayın.
- İndi şou-biznesdə qeyri-təvəzökar olmaq dəbdir.
- Bax bu düzdür. Bir az mədəni olanda tez düşünürlər ki, burda nəsə var. (gülür)
- Sizcə, özünə inamla özündən razı olmaq arasında fərq nədədir?
- Özünə inanmaq çox yaxşı xüsusiyyətdir. Bax özündən razı olmaq... (fikrə gedir). Bunlar arasında fərq tərbiyyədən asılıdır. İnsan tərbiyyəsizdirsə, onun özünə inamı, özündən razı hala çevrilir.
- Siz bir fəlsəfəyə baxın! Sən demə siz nəinki gözəl oxuyursunuz, həm də gözə fikirlər söyləyirsiniz.
- Neyləyim! (gülür). Axı ifaçı nəinki oxumağı bacarmalı, hətta gözəl məntiqi də olmalıdır.
Hazırda əhalinin zövqünün korlanmasında yerli KİV-ləri, «maqazin» proqramlarını günahlandırırlar. «TrendLife»ın müxbiri bununla bağlı «SOY production»nın rəhbəri Oqtay Əliyevlə əlaqə saxlayıb və ona «Çal-Çağır» verilişinin belə söhbətlərdən kənar olması üçün siz nə edirsiniz?» sualı ilə müraciət edib.
«İş ondadır ki, biz etikadan kənar informasiyanı efirdə vermirik. Hətta bu informasiya doğru olsa belə. Həmçinin efirdə müğənninin siqaret çəkməsini də göstərmirik. Çünki bu, gənclərin tərbiyyəsinə mənfi təsir göstərir» - deyə Əliyev «TrendLife»ın bu sualını cavablandırıb.
Yerli müğənnilərimizin qonşu türk şou-dünyasına qatılmaq sevdası gün keçdikcə artan xətt üzrə inkişaf edir. Kimi göz qırpımında tanınmaq, kimi də çox pul-para qazanmaq məqsədilə çamadanını hazırlayıb, İstanbula getmək arzusu ilə gecəsini-gündüzünə qatır. Bu günə qədər Biləcəri səddini aşıb, istedadını digər məmləkətlərdə də nümayiş etdirmək şansını qazanmaq isə çox az sayda sənətçiyə nəsib olub. Sadaladıqlarımın bəstəkar-müğənni Rəhim Rəhimliyə heç bir aidiyyatı olmasa da, bir fakt bəs-bəlli hamımıza məlumdur. Yəni Rəhim Türkiyəyə yol alan sənətçilər arasında birincilərdən – lap elə pionerlərdən olub. Bakıya ara-bir gəlib gəlməsinə baxmayaraq, o, mass-media nümayəndələri ilə demək olar ki, heç vaxt əlaqə saxlamırdı. Ancaq bu günlərdə paytaxtımızda qonaq olmuş Ruslananın konserti zamanı gözlərə dəyən sənətçi, özü bəzi suallara cavab verməkdə maraqlı göründü. Odur ki, Rəhim Rəhimlinin ötən 5 il ərzində kimsəyə deməkdiklərini yalnız «TrendLife»da oxuya bilərsiniz:
- Rəhim, deyəsən qəribçilikdə yaşadığın illər səni çox dəyişib. Həm zahiri, həm də daxili aləmini…
- Yox, belə deməzdim. Ola bilər ki, xarici görünüşümdə hansısa imic dəyişikləri olsun. Amma daxilən yenə həmin Rəhiməm. Sadə, sadə olduğu qədər də təvazökar.
- Maraqlıdır, Türkiyədə hansı şirkətlə işgüzar əlaqəlar qurmuşdun?
- Getdiyim ilk gündən «Başak Halil» musiqi şikrəti ilə müqavilə bağladım və yaradıcılığımdakı bütün eksklüziv hüquqları onlara həvalə etdim. İndi şirkətlə bağlanan saziş bitdiyindən, müqavilənin uzadılması barədə çox fikirləşirəm.
- Ola bilər ki, qayıtmayasan?
- Hər şey mümkündür. Türkiyəyə yenidən qaydacağım hələ dəqiq olmasa da, 80 faiz işlərimi məhz orada davam etdirməyi düşünürəm.
- Beş il bir sənətçinin karyerasında hansısa uğura imza atması üçün kifayət qədər çox vaxtdır. Rəhim sərf etdiyi illərə görə peşmançılıq çəkmir ki?
- Əsla. Peşmançılıqdan söhbət belə gedə bilməz. Mən orada çox şeyləri öyrəndim. Məsələn, gözümlə gördüm ki, bir sənətçinin daim gündəmdə qalması, sevilməsi üçün hansı addımları atması böyük önəm daşıyır. Bir də ki, özünü tərif çıxsa da deyim ki, olmadığım bu illər ərzində yəqin etdim ki, mən unudulmamışam. Vallah, bu hal məni çox sevindirir. Vətənimə hər gəlişimdə hava limanındakı personaldan tutmuş, şəhərdə rastlaşdığım insanlara qədər hər kəs mənimlə ünsiyyət qurmağa çalışır. Soruşurlar ki, nə vaxt səhnəyə çıxacağam. Mən isə onlara bir az da gözləyin deyirəm.
- Hesab etmirsən ki, pərəstişkarlarının səbr kasası artıq dolub-daşır?
- (Gülür) Nə edim, məndən olsa lap günü bu gün hansısa məkanda sevənlərimi başıma cəm edim, konsert təşkil edərəm. Yəni, səhnəyə çıxmaqdan heç vaxt qorxmamışam. Lakin istəyirəm ki, yüksək səviyyəli təşkil olunan bir proqramla tamaşaçıların görüşünə gəlim.
- Bəs, nə əcəb bu gün Ruslananı dinləməyə gəlmisən? Olmaya onunla dostluğunun bilinməyən tarixçəsi var?
- Quşu lap gözündən vurdunuz a. Bəli, Ruslana Antalyada konsert verən zaman onu dinləməyə getmişdim. Proqram sonrası olduqca səmimi bir söhbətimiz də oldu. Amma yalandan deyə bilmərəm ki, məni məhz öz konsertinə dəvət edib. Gəlişim yaxın dostum «S.A. production»ın rəhbəri Səlahəttin Atalayın dəvəti ilə bağlıdır.
- Konsertdən xoşun gəldi?
- Bu xanımın çox maraqlı bir proqramı var. Sözsüz hər şey mükəmməl idi.
- Rəhim, yəqin sənə də bəllidir ki, yerli müğənnilərimizin bir çoxu – məsələn, Röya Ayxan, Rəqsanə İsmayılova tədarük görüb, qonşu türk şou-biznesinə qoşulmaq arzusundadırlar. Onlara nə məsləhət verərdin?
- Mən bir açıqlama vermək istəyirəm. Əzizlərim, bu heç də asan məsələ deyil. Əgər Azərbaycanda müğənni olmaq üçün maksimum 35-40 min manat bəs edirsə, Türkiyədə bu məbləğin 10 misli tələb olunur. Bizdə şou-biznesə qoşulmaq çox asandır. Türkiyədə iri maqnatlar var ki, onlar özlərinə manapoliya yaradıblar. O ki, qaldı Röya xanımla Rəqsanəyə verəcəyim məsləhətə, onlara yalnız uğurlar diləyirəm. Rəqsanə xanımla bu haqda danışığım olmasa da, Röya Ayxanla İstanbulda görüşmüşdüm. Əminəm ki, Röya türk dünyasında parlamağa müvəffəq ola bilər.
- Yaradıcılığında başqa nə kimi yeniliklər gözlənilir?
- Bilirsiz ki, Əməkdar artist Aygün Kazımova, müğənnilərdən Almaz Ələsgərli, Elton Hüseynəliyev və başqa sənətçilər mənim bəstələrimi oxuyurlar. Bu yayın hiti isə Eltonun ifasında eşitdiyiniz «İsti» mahnısını hesab etmək olar. Durmadan işləyirəm. Özüm də bir neçə bəstələrimi studiyada lentə aldırıram. İnşallah, çox yaxın aylarda yeni disk buraxdırmaq, xudmani bir konsert təşkil etmək fikrindəyəm. Sağlıq olsun, hələ bütün uğurlarım irəlidədir. Odur ki, yenilik gözləməyə dəyər!
Yeni mövsümün açılışı ilə bağlı televiziya ekranlarında yeni layihələr işıq üzü gördü. Qeyd edək ki, söhbət sənət adamlarının aparıcılığı ilə baş tutan verilişlərdən gedir. Veriliş aparmaqda iddialı olan sənət adamları arasında Faiq Ağayev də var. Müğənninin özünü aparıcı qismində də sınayaraq veriliş aparmaq istəyində olduğunu bildirmişdik. Həmkarları ilə müqayisədə tamamilə fərqli - şou yox, daha ciddi verilişin aparıcısı olan Faiq Ağayev tamaşaçıların qarşısına sentyabrda çıxacağını bildirmişdi. Daim öndə getməyə üstünlük verən Faiq deyəsən bu dəfə həmkarlarından geri qaldı. Verilişin gecikməsinin səbəbini öyrənmək üçün onunla əlaqə saxladıq. Bu barədə isə suallarımıza müğənninin prodüseri Fuad cavab verdi. O, bildirdi ki, verilişin gecikməsinə səbəb layihənin hələ tam şəkildə quruluş verilməməsi ilə bağlıdır. Ona görə də veriliş efirə noyabrdan tez çıxmayacaq. Verilişin adının seçilmədiyini də söyləyən Fuad layihənin hansı telekanallarda yayımlanacağının da hələ məlum olmadığını bildirdi. Hazırda layihə üzərində iş gedir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verir. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub.
Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər;
8 ailə tamamilə məhv edilib;
25 uşaq hər iki valideynini itirib;
130 uşaq valideynlərindən birini itirib;
487 nəfər yaralanıb, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülüb;
150 nəfər itkin düşüb.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulub:
Bu rəqəmlər Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli, qanlı faciəsidir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Hələ SSRİ dövründə Azərbaycanın Dağlı Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan Respublikası tərəfindən provokasiya edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10 000-dən çox azərbaycanlı həlak olub.
Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası tərəfindən XIX əsrdə işğal olunduqdan sonra, Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya hokuməti Türkiyədən və İrandan 1 milyondan çox ermənini Azərbaycan ərazisinə, əsasən də Qarabağ bölgəsinə köçürüb. 1923-cü ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə Dağlıq Qarabağdakı separatçı ermənilər müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna uyğun gəlməyən bu “müstəqillik” indiyə kimi haqlı olaraq heç bir ölkə tərəfindən tanınmayıb. İşğal olunmuş ərazilərdə olan tarixi abidələr dağıdılıb, ərazidə olan təbii sərvətlər, xüsusilə qızıl yataqları separatçı rejim tərəfindən qanunsuz olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən Azərbaycan kəndləri daim atəşə tutulur.
İlham Əliyev 2003-cü ildə prezident kürsüsündə atası mərhum prezident Heydər Əliyevi əvəz edib. Heydər Əliyev oğlunu “siyasi xələfi” adlandırır və onu çoxdan yuxarı dövlət vəzifəsinə hazırlayırdı. Heydər Əliyev vəfat edəndə İlham Əliyev artıq ölkədə baş nazir, Dövlət Neft Şirkətinin vitse-prezidenti və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini idi. Prezident seçkisində İlham Əliyev bütün digər namizədləri geridə qoydu. Qərb müşahidəçiləri seçkiqabağı kampaniyanı sərt tənqid etdilər. Onların sözlərinə görə, seçkiqabağı kampaniya seçicilərin, KİV-in zorakılıq və qeyri-adi vasitələrlə qorxudulması ilə xarakterizə olunub. Polis müxalifətin nümayişini güc tətbiq edərək dağıtmış, bir çox adamı həbs etmişdiр.
Heydər Əliyevin siyasi karyerası SSRİ dövründə təhlükəsizlik orqanlarından başlamış, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunda bitib. Müstəqil Azərbaycanın ağır dövrlərində yeni ideoloqa çevrilib. O, ölkədə qeyri-sabit vəziyyət olanda hakimiyyətə qayıdıb və Azərbaycanı 1993-cü ildən dəmir əllя idarя edib. Qяrb dяfяlяrlя onun idarяetmяsini insan hцquqlarыnыn vя KИV-in azadlыьынын pozulmasыna görə töənqid edib.
Müxalifət əvvəlki kimi hazırkı prezident İlham Əliyevin demokratik prinsiplərə sadiqliyinə ciddi şübhə edir. Bu şübhələr 2005-ci ildə parlament seçkilərindən sonra keçirilən nümayişin dağıdılmasında polisin yenidən güc tətbiq etməsindən sonra daha da güclənib. Seçkilərin nəticələrinə görə, hakim partiya parlamentdə yarıdan çox yer tutub. Bununla yanaşı, ATƏT və Avropa Şurasının müşahidəçiləri bildiriblər ki, seçki beynəlxalq standartlara az uyğun gəlib.
İlham Əliyev 1961-ci ildə anadan olub. O, tarix elmləri namizədidir. Müstəqillik dövründə bizneslə məşğul olaraq varlanıb. Evlidir, üç uşağı var.
Baş nazir: Artur Rəsizadə
Xarici işlər naziri: Elmar Məmmədyarov
Daxili işlər naziri: Ramil Usubov
Milli təhlükəsizlik naziri: Eldar Mahmudov
Müdafiə naziri: Səfər Əbiyev
Baş prokuror: Zakir Qaralov
Fövqəladə hallar naziri: Kəmaləddin Heydərov
Müdafiə sənayesi naziri: Yavər Camalov
Ədliyyə naziri: Fikrət Məmmədov
Maliyyə naziri: Samir Şərifov
Vergilər naziri: Fazil Məmmədov
İqtisadi inkişaf naziri: Heydər Babayev
Sənaye və energetika naziri: Natiq Əliyev
Nəqliyyat naziri: Ziya Məmmədov
Əmək və əhalinin sosial müdafiəsi naziri: Füzuli Ələkbərov
Kənd təsərrüfatı naziri: İsmət Abasov
Ekologiya və təbii sərvətlər naziri: Hüseynqulu Bagırov
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası əvvəllər SSRİ-nin tərkibində olub. Hal-hazırda Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib.
Azərbaycan Cənubi Qafqazda Qafqaz sıra dağları ilə Xəzər dənizinin arasında yerləşir. Paytaxtı Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəridir. Əsas ərazisindən əlavə, onun tərkibinə Naxçıvan Muxtar Respublikası da daxildir. Naxçıvan Muxtar Respublikası İranla həmsərhəddir; Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi yerləşir.
Zəngin neft ehtiyatlarına malik olan Azərbaycan ta qədim dövrlərdən özünün neft və qaz ehtiyatlarına görə tanınıb. Oda pərəstiş edən atəşpərəstlər burаda torpaqdan çıxan “əbədi ocaqlar”ın – yanar qazın ətrafında məbədlər tikiblər.
Страна: США Год: 2007 Режиссер: Джеймс Мэнголд В ролях: Кристиан Бейл, Рассел Кроу, Бен Фостер, Алан Дудик, Питер Фонда, Гретхен Мол, Логан Лерман, Винесса Шоу, Кевин Дуранд, Джонни Уитворт и др. Сценарий: Дерек Хаас, Майкл Брандт, Стюарт Битти, Элмор Леонард Бюджет: $50 млн.
Находящийся в долговой яме фермер Дэн Эванс предлагает свои услуги группе сопровождения опасного преступника Бена Уэйда, главаря банды, опустошившей десятки дилижансов. За рвение Эвансу обещано 200 долларов (серьёзное подспорье для семейного бюджета). Уэйда необходимо доставить до железнодорожной станции, куда в 3:10 пополудни прибывает поезд на Юму. У сподручных Бена на сей счёт иное мнение. Они идут по следу провожатых, желая, во что бы то ни стало освободить своего главаря.
Страна: США Год: 2007 Режиссер: Майкл Дэвис В ролях: Клайв Оуэн, Моника Беллуччи, Пол Джиаматти, Грег Брик, Стивен МакХатти, Рамона Прингл, Джейн МакЛин, Крис Джерико, Джейсон Ресо, Майк Допуд и др. Сценарий: Майкл Дэвис Бюджет: Мировая премьера: 07 сентября 2007
Во время перестрелки, затеянной группой лиц, женщина рожает ребенка. Человеку, известному под именем "Мистер Смит", принимающему у нее роды, приходится в одиночку защищать ее и младенца от множества вооруженных людей.