Четверг, 16.05.2024, 04:30
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 11 » Tünzalə Ağayeva ismarıc göndərdi
Tünzalə Ağayeva ismarıc göndərdi
14:13

Müğənni bildirdi ki, sentyabrda keçiriləcək festivala ötən həftə dəvət alıb. Əməkdar artist xatırlatdı ki, "Barevna rlaneta" (rəngarəng planet) adlanan beynəlxalq festivalda o, ikinci dəfə iştirak edəcək.
Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən festivalda uğur qazanan iştirakçılardan biri Tünzalə Ağayeva olub. Müğənni IX dəfə keçiriləcək festivala Cəmil Əmirovla birgə hazırladığı "Ölkəm" layihəsi ilə qatılacağı barədə xəbər verdi. O bildirdi ki, festivalın adını daşıyan saytda (barevnarlaneta.cz) iştirakçılar və festivalın proqramı barədə geniş məlumat yerləşdirilib. Tünzalə Ağayeva haqqında bilgilər yenə də birinci sıradadır. Veb-səhifədə eyni zamanda Almaniya, Fransa, Pakistan, Yəmən, Ukrayna, Finlandiya, Bosniya, Zimbabve, Britaniya, İrlandiya, Amerika, Argentina, Meksikadan olan iştirakçıların adları qeyd olunub. Saytla tanışlığımızda məlum oldu ki, beynəlxalq tədbir musiqi ilə yanaşı, kino, rəqs və bir çox sahələri əhatə edəcək.
T.Ağayevanın ötən ildən başlayan musiqi layihəsinin hazırlıqları davam edir. Bu ərəfədə müğənni barəsində xoş sözlərlə yanaşı, həmkarlarının tikanlı ifadələrini də eşidib. İkincilərə əhəmiyyət verməməyə çalışan müğənni bunları dedi: "Bizim şou-biznesdə iki cür məşhurlaşmaq mümkündür: ya bütün fəsli açıq geyimlər geyinib, kimə gəldi söz atmaqla gündəmdə qalasan, ya da ciddi sənətlə məşğul olasan. Hərə özünə yaraşanı seçir. Mən ikinci variant üzərində dayandım. İndi belələrinin sayı çox azdır. Başımı aşağı salıb musiqi bəstələyirəm, mahnılar hazırlayıram. İşdən ayrılanda eşidirəm ki, kimsə mənim haqqımda nəsə deyib. Hərdən elə adamlar danışır, məəttəl qalıram. Çünki iki gün qabaq onunla bir süfrə arxasında oturmuşam və yaradıcılığım barədə xoş sözlər eştimişəm. İnsanların üzü tez dönür. Heç vaxt boş söhbətlərə münaisbət bildirmək istəməmişəm. Çünki özümü həmin xanımın səviyyəsinə endirmək istəmirəm. Birindən qurtarmamış, başqası haqqında danışır. Hər yerdən onun tikanlı sözləri eşidilir". Tünzalə xanımın sonda həmkarlarına belə bir təklifi oldu: "Bu gün musiqimiz bizim ifamızda inkişaf mərhələsini yaşayır. Onun son illər düşdüyü durum onsuz da ürəkaçan deyil. Gəlin söz-söhbəti bir kənara qoyub, yaxşı işlərlə məşğul olaq. İrəli gedəni baltalamaq lazım deyil. Böyük müsabiqələrə hələ də yol tapa bilməmişik. Amma bir-birimizin ayağını çəkib, heç kimi irəliləməyə qoymuruq".

Просмотров: 860 | Добавил: BakuBest | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Qiymetlendir

Всего ответов: 37

Статистика

 
Copyright MyCorp © 2024