Понедельник, 29.04.2024, 02:18
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 13 » Azərbaycan dilində Windows XP
Azərbaycan dilində Windows XP
09:51

Bakıda ABŞ-ın “Microsoft” Korporasiyası Azərbaycan dilində Windows XP İnterfeys paketinin təqdimatını keçirib.

“Microsoft”un Azərbaycan üzrə direktoru Vladimir Çaykovski deyib ki, bu, şirkətin Azərbaycan dilinə tərcümə etdiyi ilk məhsuldur. “AZEL” şirkətinin vasitəsilə həyata keçirilən bu prosesin gerçəkləşməsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verib. Rabitə və informasiya texnologiya naziri Əli Abbasov isə bildirib ki, Azərbaycanda proqram təminatının hazırlanması getdikcə ön plana çıxır: “Artıq ali məktəblərdə proqram təminatı ilə bağlı tədrisdə canlanma başlanıb. Gənc nəsil buna maraq göstərir. Buna görə də Azərbaycan hökuməti “Microsoft”la əməkdaşlıq edir. “Microsoft” öz fəaliyyəti ilə Azərbaycana yeni məhsullar və xidmətlər gətirir. Onun Azərbaycan iqtisadiyyatındakı yeri getdikcə möhkəmlənir”. Nazir deyib ki, Azərbaycanda bir il əvvəl fəaliyyətə başlayan “Microsoft” Korporasiyası ilk növbədə geniş istifadə olunan “Windows” proqramını Azərbaycan dilinə tərcümə etməyi qərar verib. Bunu ağır və məsuliyyətli iş hesab edən Ə. Abbasovun fikrincə, “Microsoft” Azərbaycanda ofis açmasaydı, proqramın Azərbaycan dilinə tərcüməsi bir az da yubanardı. Nazir əlavə edib ki, “Microsoft”un I vitse-prezidenti Qreq Mundi srağagün lokallaşdırılmış Windows XP İnterfeys paketini dövlət başçısına təqdim edib.

Просмотров: 1042 | Добавил: BakuBest | Рейтинг: 4.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Qiymetlendir

Всего ответов: 37

Статистика

 
Copyright MyCorp © 2024