Понедельник, 29.04.2024, 08:36
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 13 » ABŞ ölkəmizin ÜTT-yə üzvlüyünü dəstəkləyir
ABŞ ölkəmizin ÜTT-yə üzvlüyünü dəstəkləyir
09:47

2004-cü ildən ABŞ Ticarət və İnkişaf Agentliyi vasitəsilə Azərbaycana ÜTT-yə üzvlük üzrə tədbirlərin həyata keçirilməsi üçün 3 mln. dollarlıq texniki yardım göstərilib.

“ABŞ hökuməti Azərbaycanın ÜTT-yə üzvlüyünü tam dəstəkləyir”, deyə bu gün “Azərbaycanın ÜTT-yə üzvlüyü: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən seminarda ABŞ-ın Azərbaycandakı səfirinin müavini Don Lu bildirib. Seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən təşkil olunub.
2004-cü ildən ABŞ Ticarət və İnkişaf Agentliyi vasitəsilə Azərbaycana ÜTT-yə üzvlük üzrə tədbirlərin həyata keçirilməsi üçün 3 mln. dollarlıq texniki yardım göstərilib. Bu il USAID əlavə 3,7 mln. dollar yardım ayıracaq. Don Lunun sözlərinə görə, hazırda dünya ticarəti və xidmətlərinin 90%-i ÜTT-yə üzv ölkələr tərəfindən həyata keçirilir və Azərbaycanın bu təşkilatdan kənarda olması ölkə iqtisadiyyatına neqativ təsir göstərə bilər.
Seminarda çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, ÜTT-yə üzvlük komissiyasının sədr müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan ÜTT-yə üzv ölkələrlə iki və çoxtərəfli danışıqları davam etdirir və artıq bir neçə ikitərəfli saziş imzalanıb. 40-a yaxın qanunvericilik aktı ÜTT-yə üzv ölkələrin qanunları ilə uyğunlaşdırılıb və 10-dan artıq qanun hazırlanaraq nəzərdən keçirilmək üçün hökumətə təqdim olunub.
USAID-in ÜTT məsələləri üzrə eksperti Y. Fərhat “ÜTT-nin prinsipləri, ÜTT-yə üzvlük istiqamətində digər ölkələrin təcrübələri və üzvlüyün ölkəyə təsiri” məruzəsi ilə çıxış edib.

Просмотров: 809 | Добавил: BakuBest | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Saytimi Qiymetlendirin
Всего ответов: 62

Статистика

 
Copyright MyCorp © 2024