Понедельник, 29.04.2024, 05:03
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 13 » NATO xeberdarlığı
NATO xeberdarlığı
09:46

Azərbaycanda dini vəziyyətlə bağlı NATO-da aparılan müzakirələr Milli Məclis üzvlərinin etirazına səbəb olub

NATO Parlament Assambleyasının (PA) Portuqaliyada keçirilən yaz sessiyası başa çatıb.
Bu barədə APA-ya dinləmələrdə iştirak etmiş Azərbaycanın NATO PAdakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
Onun sözlərinə görə, PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində "Qara dəniz hövzəsində dövlət və din" mövzusunda dinləmələr keçirilib. Onun sözlərinə görə, mövzu ilə bağlı hollandiyalı deputat Bert Middel məruzə ilə çıxış edib. Məruzənin Azərbaycana aid hissəsində Qafqaz Müsəlmanları İdarəsi tənqid olunub, qurumun korrupsiyalaşdığı və qeyd olunub. Hesabatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə QMİ arasında münaqişənin mövcud olduğu da bildirilib. Həmçinin, dini radikal qruplaşmaların çoxaldığı vurğulanıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov isə çıxışında məruzədəki mənfi məqamlara etiraz edib. Hesabatdakı məqamların obyektivliyi əks etdirmədiyini bildirən vitse-spiker əvvəllər komitə ilə QMİ arasında münaqişənin olduğunu, amma komitə rəhbərliyinin dəyişməsindən sonra bunun tamamilə aradan qaldırıldığını bildirib. Z. Əsgərov QMİ sədri Hacı Allahşükür Paşazadənin ünvanına səsləndirilmiş mənfi fikirlərə də etirazını bildirib və onun ölkədə dini tolerantlığın qorunmasındakı rolundan danışıb. İclasda Əfqanıstandakı vəziyyət müzakirə edilib, burada narkotikanın yetişdirilməsinin dünya üçün təhlükə olduğu bildirilib.
Bu mövzu ilə bağlı çıxış edən millət vəkili Siyavuş Novruzov Azərbaycanda Dağlıq Qarabağın nəzarətsiz ərazi olduğunu və Əfqanıstanda istehsal olunan narkotik maddələrin Qarabağ üzərindən Avropaya ötürüldüyünü deyib.
Ona görə də millət vəkili dünya birliyinin nəzarətsiz ərazilərlə bağlı məsələni diqqətdə saxlamasını və dondurulmuş münaqişələrin həllini tapmasının vacib olduğunu bildirib.
Təhlükəsizliyin mülki ölçüsü komitəsində kritik infrastrukturların mühafizəsi ilə bağlı məsələnin də müzakirə edildiyini bildirən Q. Həsənquliyev Böyük Britaniyadan olan deputat Lord Coplikin mövzu ilə bağlı məruzə ilə çıxış etdiyini deyib. Özünün də bu məsələ ilə bağlı müzakirələrdə çıxış etdiyini deyən millət vəkili dünya birliyi və NATO-nun əhatə etdiyi ölkələrdə infrastrukturların mühafizəsinin vacib olduğunu demişdir:
"Əgər söhbət infrastrukturların mühafizəsindən gedirsə, Azərbaycan Avropanın neft və qazla təmin olunmasında iştirak edir. Buna görə NATO-nun neft kəmərlərinin təhlükəsizliyinin təmin edilməsində marağı olmalıdır. "Dondurulmuş münaqişələr" qaldıqca, kəmərlərə olan təhlükə də qalır. Bəzi dövlətlər isə, ümumiyyətlə, istəmirlər ki, alternativ qaz və neft kəmərləri olsun. Ona görə də istənilən vaxt bu münaqişələri yenidən canlandıra bilərlər və bu zaman infrastrukturlar dağıdıla bilər. Bu baxımdan bölgənin təhlükəsizliyi üçün diqqətin artırılmasının vacib olduğunu dedim".
Q.Həsənquliyev bildirib ki, Gürcüstandan olan nümayəndə öz çıxışında ölkəsinə gedən qaz kəmərlərinin tez-tez partladılmasının vəziyyəti gərginləşdirdiyini deyib: "Amma Gürcüstanın bu vəziyyətdən çıxması zamanı kimin kömək etməsi ilə bağlı bir kəlmə də demədi. Mən buna öz etirazımı bildirdim". Q. Həsənquliyev Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılmış məsələləri məruzəçilərin nəzərə aldıqlarını söylədi.

Просмотров: 843 | Добавил: BakuBest | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Saytimi Qiymetlendirin
Всего ответов: 62

Статистика

 
Copyright MyCorp © 2024