Понедельник, 29.04.2024, 04:03
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 13 » Diasporlarımıza qarşı teraktlar hazırlayan erməni ABŞ-da həbs edilib
Diasporlarımıza qarşı teraktlar hazırlayan erməni ABŞ-da həbs edilib
09:44

Ermənistan ordusunun keçmiş leytenantı Viqen Patatanyan ABŞ-a saxta qaçqın sənədi ilə keçmək istəyərkən Amerikanın Meksika ilə sərhədində yerləşən San-Dieqo şəhərində saxlanılıb.

Miqrasiya və Gömrük Xidmətində dindirilmə vaxtı V. Patatanyan deyib ki, Birinci Qarabağ müharibəsi vaxtı azərbaycanlılara qarşı vuruşmaq üçün döyüş bölgəsinə əsgərlərin və silah-sursatın göndərilməsində yaxından iştirak edib. “Dağlıq Qarabağda azərbaycanlılara qarşı cinayətlər törətmiş Ermənistan ordusunun keçmiş leytenantı Viqen Patatanyan ABŞ hüquq-mühafizə orqanları tərəfindən dindirilərkən etiraf edib ki, onun silah-sursatla təchiz etdiyi əsgərlər Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Füzuli və digər ərazilərdə yerli sakinlərə qarşı dəhşətli qətliamlar törədiblər”. Bunu erməni leytenantının ABŞ-da həbs olunaraq, Ermənistana ekstradisiya edilməsi məsələsi ilə bağlı APA-nın sualına cavabında Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib. O, qeyd edib ki, bu cinayətkarların gizlənməsi üçün ən çox çalışan erməni diasporu və lobbisidir: “Hər vəchlə qondarma erməni soyqırımını bütün dünyaya car çəkməkdə canfəşanlıq göstərən erməni diasporunun və lobbisinin terrorçuluğu dəstəklədiklərini sübut edən kifayət qədər faktlar mövcuddur. Məsələn, ABŞ hüquq-mühafizə orqanları tərəfindən hələ bir müddət öncə bu ölkədə fəaliyyət göstərən və ən böyük erməni təşkilatlarından olan Erməni Milli Komitəsinin rəhbəri Murad Topalyan həbs olunub. Təhqiqatlar nəticəsində məlum olub ki, Murad Topalyan ABŞ-da fəaliyyət göstərən Türkiyə və Azərbaycan diaspor təşkilatlarının, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərinə məxsus inzibati binalarda partlayışlar törətməyi planlaşdırıb. Bu məqsədlə o, hətta Belford şəhərində bir anbar kirayələyib, burada 100 funt partlayıcı maddə, partlayıcı qurğular, çoxlu sayda silah-sursat tədarükü görüb”.

Просмотров: 818 | Добавил: BakuBest | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Saytimi Qiymetlendirin
Всего ответов: 62

Статистика

 
Copyright MyCorp © 2024