Понедельник, 29.04.2024, 06:24
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 13 » Məqsədimiz iqtisadi cəhətdən güclü, azad dövlət yaratmaqdır
Məqsədimiz iqtisadi cəhətdən güclü, azad dövlət yaratmaqdır
09:43

Azərbaycan iqtisadi cəhətdən qüdrətləndikcə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası da sürətlənir.

Son illər ölkənin ayrı-ayrı bölgələrində yeni aqrar və sənaye müəssisələrinin fəaliyyətə başlaması, sosial obyektlərin və idman komplekslərinin istifadəyə verilməsi regionlarda xeyli canlanma yaratmışdır. Ölkə rəhbərinin bölgələrə tez-tez səfər etməsi də bu sahədə böyük rol oynayır. Çünki bu səfərlər zamanı hər bir rayon rəhbəri prezident qarşısında bir növ hesabat verir, dövlət məmurları ölkə başçısının tapşırıqlarını əməli fəaliyyət proqramı kimi qəbul edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qərb bölgəsinə dünənki səfəri də elə həmin məqsədə xidmət edirdi. Prezident mayın 30-da əvvəlcə Qazax rayonunun mərkəzindəki Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra yeni inşa edilən və beynəlxalq standartlara cavab verən 1010 tamaşaçı tutumuna malik 15 hektar ərazisi olan olimpiya idman kompleksinin açılışında iştirak edib. Qeyd edək ki, bu, son illər respublikamızda istifadəyə verilən 11-ci olimpiya idman kompleksidir. Prezident açılış mərasimindəki çıxışı zamanı bildirib ki, biz bu rəqəmi 20-yə çatdırmaq fikrindəyik. Çünki idmana qoyulan sərmayə Azərbaycan gəncliyinin sağlamlığına qoyulur. İlham Əliyev Qarabağ müharibəsində Qazax rayonu sakinlərinin rəşadət göstərdiklərini qeyd etdikdən sonra deyib: “Qazax sərhəd bölgəsidir, neçə-neçə şəhid verib. Biz torpaqlarımızı istənilən yolla azad etməyə hazır olmalıyıq. Ona görə də bizim məqsədimiz iqtisadi cəhətdən güclü, azad dövlət yaratmaqdır”. Prezident daha sonra rayonun Daş Salahlı kəndində sement zavodunun təməlatma və Bentonit emalı zavodunun açılış mərasimlərində də iştirak edib. Məlumata görə, bu il bentonit emalı zavodunda 75 min ton, sonrakı illərdə isə 300 min ton məhsul emal olunacaq. Ən müasir avadanlıqlarla təchiz edilmiş müəssisəyə 7,9 milyon dollar sərmayə qoyulub.
Prezident Qazax rayonunun mərkəzində inşası başa çatmaqda olan Müalicə-Diaqnostika Mərkəzi ilə tanış olub, İsmayıl Şıxlı adına Parka və digər istirahət ocaqlarına baş çəkib.
Daha sonra Azərbaycan Prezidenti günün ikinci yarısında Tovuz rayonunda olub. APA-nın məlumatına görə, İlham Əliyevin Tovuza səfəri olimpiya idman kompleksinin təməlqoyma mərasimində iştirakla başlayıb. Burada dövlət başçısına kompleksin gələn il istifadəyə verilməsinin nəzərdə tutulduğu barədə məlumat verilib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov rayonda görülən quruculuq işlərindən danışıb, Tovuz əhalisi adından prezidentdən rayonda Müalicə Diaqnostika Mərkəzinin tikintisi barədə göstəriş verməsini xahiş edib. Tovuz ictimaiyyəti qarşısında çıxış edən ölkə başçısı əhalinin xahişi ilə bu rayonda da Müalicə Diaqnostika Mərkəzinin tikintisinə başlanılması barədə göstəriş verəcəyini bildirib.
O, Azərbaycanın iqtisadi inkişafına görə dünyada lider ölkəyə çevrildiyini söyləyib: “Dövlət büdcəmiz artıq 7,4 milyard dollara çatıb. Son illərdə 552 min yeni iş yeri açılıb, ölkədə kənd təsərrüfatı texnikalarının istehsalına başlanılıb. Artıq Azərbaycanda orta aylıq əmək haqqı 200 dollar, orta aylıq təqaüd 58 manatdır. Lakin bu, son hədd deyil və getdikcə artırılacaq”. İlham Əliyev qeyd edib ki, Azərbaycan hakimiyyəti xalqın güclü dəstəyinə malikdir.
Daha sonra prezident rayondakı Heydər Əliyev Seyrəngahına baş çəkib, orada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Aşağı Ayıblı kəndində orta məktəbin tikintisi ilə tanış olub.
Tovuzdan Gəncə şəhərinə gedən prezident öncə şəhərin baş meydanı ilə tanış olub, Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Daha sonra İlham Əliyev köhnə Gəncə qapılarının tikintisi ilə maraqlanıb. Gəncə şəhərindəki Cəfər Cabbarlı adına orta məktəbin yenidən qurulması işləri ilə tanışlıqdan sonra Azərbaycan Prezidentinin qərb bölgəsinə səfəri başa çatıb.

Просмотров: 807 | Добавил: BakuBest | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Qiymetlendir

Всего ответов: 37

Статистика

 
Copyright MyCorp © 2024