Воскресенье, 28.04.2024, 22:22
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 13 » «Ramazan» ın me`nası
«Ramazan» ın me`nası
08:14
«
Ramazan»ın mə`nası nədir?
«Ramazan», «rəmz» kökündən olub, qızmar isti və günəşin daşa və quma saçması mə`nasındadır. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı olduğu üçün bu adı almışdır. Bu ay hicri-qəməri təqvimində ilin 9-cu və yeganə ayıdır ki, adı Qur`anda çəkilmişdir və Allahın adlarından biridir. Bu baxımdan rəvayətlərdə bəyan olunmuşdur ki, «mah» kəlməsi «ramazan» kəlməsinə artırılsın və heç vaxt ayrıca işlənməsin. Ramazan ayının bütün aylardan üstünlüyü vardır. Çünki, bütün qiymətli səmavi kitablar (Tövrat, İncil, Zəbur, Suhuf və Qur`an) məhz bu ayda nazil olmuşdur. Qədr gecəsi və Həzrət Əlinin (ə) şəhadəti bu ayda baş vermişdir. Bəlkə bu xüsusiyyətlərə görə uyğun ay orucluq üçün seçilibdir.


«Sovm» (oruc) sözünün lüğət və terminoloji mə`nası nədir?
«Soum» (oruc) lüğətdə hər bir şeydən çəkinmək mə`nasındadır. Amma fiqh terminologiyasında «Allah əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər səkkiz şeydən çəkinmək mə`nasını bildirir.

Orucun tarixçəsi
Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını e`tiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur.

Qur`ani-kərim açıq-aşkar bəyan edir: «Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş.»
Orucun dərəcələri

Sual 5: Mə`lum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı?

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»[6]

İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»

Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür


Vacib oruclar hansılardır?
1. Ramazan ayının orucu;
2. Kəffarə orucu;
3. Qəza orucu;
4. Nəzir, əhd və and orucu;
5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu;
6. E`tikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu;
7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.
Haram oruclar

Haram oruclar hansılardır?
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;
9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc;
10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).

Müstəhəb oruclar hansılardır?
1. Hər ayın birinci və axırıncı cümə axşamı;
2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü;
3. Hər ayın 13, 14 və 15-ci günləri;
4. Rəcəb və şə`ban aylarının bütün günləri, ya bu iki aydan bə`zi günlər;
5. Novruz bayramı günü;
6. Zilqədə ayının 25-ci, 29-cu günü;
7. Zilhiccə ayının 1-dən 9-na qədər;
8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i);
9. Məhərrəm ayının birinci və ikinci günləri;
10. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i);
11. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)


Məkruh (bəyənilməyən) oruclar hansılardır?
1. Aşura gününün orucu;
2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa);
3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması;
4. Övladın ata-ananın icazəsi olmadan müstəhəb orucu.[9]
Oruc tutmamağa icazəsi olanlar

Hansı şəxslərə oruc vacib deyil?
İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:

1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;
9. Bədəni zəif olan şəxs; (Oruc tutmaq ona dözülməz həddə əziyyətlidirsə)
10. Huşu olmayan və ya huşsuzluqla gün keçirən şəxs;
11. Dəlilər.

Просмотров: 1090 | Добавил: BakuBest | Рейтинг: 4.7/3 |
Всего комментариев: 1
1 BrandonFok  
0
prescription motorcycle glasses <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> bph remedies

Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Qiymetlendir

Всего ответов: 37

Статистика

 
Copyright MyCorp © 2024