Понедельник, 29.04.2024, 05:44
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » 2007 » Сентябрь » 12 » Şahin Diniyev: “Allah Porterfildə rəhmət eləsin”
Şahin Diniyev: “Allah Porterfildə rəhmət eləsin”
15:17

Bu gün futbol üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Ermənistanın milli komandaları arasında ikinci görüş keçirilməli idi.

Lakin UEFA İcraiyyə Komitəsinin iyunda qəbul etdiyi qərara əsasən, həm sentyabrın 8-nə, həm də 12-nə təyin olunan matçlar ləğv olunub. Bu səbəbdən Ermənistan yığmasının baş məşqçisi Yan Porterfild azərbaycanlı həmkarı Şahin Diniyevə qarşı rəqib qismində çıxış edə bilməyib. Oyunlar ləğv edilməsəydi belə, şotlandiyalı məşqçinin milli komandamızla matçlarda iştirakı qeyri-mümkün olacaqdı. Çünki bir neçə gün öncə onun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Dünən gecə dünyasını dəyişən 61 yaşlı mütəxəssisin ölüm xəbəri yığmamızın baş məşqçisi Şahin Diniyevi də təəssüfləndirib. Belə ki, Ş.Diniyev “APA-Sport” agentliyinə açıqlamasında narahatçılıq keçirdiyini büruzə verib: “Bu xəbər mənim üçün ağrıverici oldu. Porterfildin dünyasını dəyişməsindən təəssüflənirəm. O, Ermənistan yığmasına baş məşqçilik etsə də, burada söhbət insan amilindən, itkidən gedir. Porterfildə Allahdan rəhmət diləyirəm! Ruhu şad olsun!”. Ş.Diniyev mərhum məşqçi ilə 3 dəfə görüşdüyünü də xatırladıb. Onların tanışlığı ötən ilin yanvarında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminə təsadüf edib. Ş.Diniyevlə Y.Porterfild yaşıl meydançada olmasa da, dəyirmi masa arxasında bir-birlərinə rəqib olublar. Bu iki məşqçi Belçikada qrup mərhələsinin təqviminin müəyyənləşdirilməsi zamanı müzakirələr və mübahisələr aparsalar da, razılığa gələ bilməyiblər. Həmvətənimiz Y.Porterfildlə sonuncu dəfə 2006-cı ilin mayında Almaniyada milli komandaların məşqçiləri üçün təşkil olunmuş seminarında görüşüb. /APA-Sport/
Просмотров: 933 | Добавил: BakuBest | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Сентябрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Наш опрос
Qiymetlendir

Всего ответов: 37

Статистика

 
Copyright MyCorp © 2024