Понедельник, 29.04.2024, 04:52
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » Архив материалов

Müğənni Nura Surinin repertuarındakı "Azərbaycanım" adlı mahnıya çəkdirdiyi klip ilk dəfə jurnalistlər üçün nümayiş olunub. Musiqisi və sözləri Xanım İsmayılqızıya məxsus mahnını rejissor Elxan Cəfərov ekranlaşdırıb. Müğənninin ifa etdiyi bu mahnı ANS şirkətlər qrupunun vətənpərvərlik mövzusunda keçirdiyi müsabiqədə ikinci yeri tutub. X.İsmayılqızı bu mahnını "Azəristar" müsabiqəsinin iştirakçısı Ayaz üçün yazdığını, lakin bəstəni Nuranın ifasında da bəyəndiyini vurğulayıb: "Mahnını Nuranın ifasında eşidəndə çox təəccübləndim. Çünki belə mükəmməl ifa gözləmirdim. Hətta səsyazma da heç bir məşq olmadan, çox tez başa gəlib. Nura bu mahnını gözəl oxumaqla vətənə bağlılığını təsdiqləyib". E.Cəfərov əslində klipin Vətənə aid sənədli kadrlar toplusu olduğunu söyləyib. Qeyd edək ki, Nura bu klipdə çəkilməyib. Ekran işində Azərbaycanın tarixini, müxtəlif sahələrdə qazanılan uğurları əks etdirən epizodlar yer alıb. Rejissorun işindən razı qaldığını və "Azərbaycanım" bəstəsini çox bəyəndiyini deyən Nura özünün klipdə çəkilməməsinin səbəbini mahnının onun imicinə uyğun gəlməməsilə əsaslandırıb: "Bu mahnı sadəcə Vətənimə olan sevgimin ifadəsidir". Azərbaycan haqqında bəstələrin çox olduğunu, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Briliant Dadaşova kimi əməkdar artistlərin repertuarında da vətənpərvər mahnıların yer aldığını söyləyən sənətçi özünü onların sırasında görmədiyini qeyd edbi: "Onlar bu sənətdə artıq öz sözlərini demiş insanlardır, onlara çatmaq üçün hələ çox çalışmalıyam. Bu sənətə müğənni olmaq üçün gəlməmişəm. Müğənnilik həyatımın mənası deyil. Həyatımda olan ən vacibi uşaqlarım və onların gələcəyidir. Oxumaqsa sadəcə hobbimdir"
Просмотров: 1063 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (1)


Son günlər demək olar ki, bütün mətbu orqanlarının şou xəbərlərinin əsas mövzusu Rəqsanədir.
Xəbər verdiyimiz kimi, müğənninin anasının və bacısının qadın alverində suçlanması, hətta bacısının məsələ ilə əlaqədar saxlanılması onu medianın əsas obyektnə çevirib. Doğrudur, müğənni qəzetimizdə ailəsi ilə bağlı baş verənlərə aydınlıq gətirərək bunu təşkil olunmuş bir iş hesab etsə də, hələlik məsələ açıq qalır. Hər şeyi məhkəmə həll edəcək. Bu söz-söhbətlər səngiməmiş bu gün daha bir xəbər aldıq - Rəqsanə prodüsserindən ayrılıb. Xəbəri dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Rəqsanə məlumatı təsdiqlədi. Prodüsserindən ayrılmağının səbəbəinə gəldikdə isə, «Bir onu deyə bilərəm ki, o qızın anasına çox böyük hörmətim var», - dedi. «Prodüsserin işdən uzaqlaşdırılması ilə son olayların bağlılılığı varmı»,- sualına isə, «Xahiş edirəm, bu haqda məndən heç nə soruşmayın», - dedi.

Просмотров: 825 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Sentyabrın 17-də «Yeni ulduz» müsabiqəsinin növbəti seçim turu başlayır. «TrendLife»da olan məlumata görə, müsabiqənin formatı və münsifləri dəyişilməyib. Münsiflər heyətində olan Mübariz Tağıyevin «TrendLife»a verdiyi məlumata görə, finalçıların sayı 15 nəfərdir: «Əgər biz görsək ki, həqiqətən də istedadlı uşaqlar var, yəqin ki, onların sayını 16-ya, 20-yə qaldıra bilərik». Onu da qeyd edək ki, münsiflər heyətinə Mübariz Tağıyevdən başqa yerli şou-biznesin nəhəngləri Ruhəngiz Qasımova, Oqtay Əliyev, Faiq Ağayev, Murad Dadaşov daxildir.
Просмотров: 1268 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 5.0/1 | Комментарии (0)


Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində müğənni Rəqsanənin anası və bacısının qadın alverində günahlandırılaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlar yayılıb. Dünən isə ölkə mətbuatı daha bir müğənni - Xatirə İslamın adını qadın alverində hallandırıb. Yayılan məlumatda müğənninin istintaq orqanlarına çağırıldığı da qeyd olunub.

«TrendLife» məsələ ilə bağlı Xatirə İslamla əlaqə saxlamaq istəsə də, müğənni Azərbaycandan kənarda olduğundan onunla danışmaq mümkün olmayıb. Bununla belə, Xatirənin anası Nüşabə Kamalla danışıb, onun bu məsələyə münasibətini öyrənə bildik. «Bunlar hamısı şayiələrdən başqa bir şey deyil. Xatirə hal-hazırda Türkiyədə qastrol səfərindədir. Bir-iki günə qayıdıb özü onun barəsində dedi-qodu yayanlarla haqq-hesab çəkəcək. Bildiyimizə görə bu şayiələr müxalifətyönlü mətbuatda dərc olunub.Xatirə özü iqtidaryönlüdür. Müxalifətçi deyil. Həmişə dövlət tədbirlərində iştirak edir. Bu şayiələri çıxardanları axtarıb tapıb prezident İlham Əliyevə, Avropa Şurasına müraciət edəcəm. Hansı Xatirənin adına söz çıxardırlar, o Xatirənin ki, Azərbaycan bayrağını bütün dünyada tanıdır. Qızıma böhtan atanları sakit buraxmaq fikrində deyiləm, çünki bu şayiələrlə ailəmizə mənəvi zərbə vurulub».

Onu da qeyd edək ki, səhər «Yeni Müsavat» qəzeti informasiyanı təkzib edib.

Просмотров: 924 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Biz müğənni Brilliant Dadaşova ilə onun sadə, çox zövqlə tikilmiş bağında görüşdük. Lakin biz onun bağı barəsində deyil, sənəti, yaradıcılığı barədə söhbət edəcəyik. Bu müğənni ilə söhbət etmək üçün nəinki Zaqulbaya getmək, hətta orada ağcaqanadlarla əməlli-başlı mübarizə aparmalı oldum. Sözün duzu, söhbətimiz o qədər maraqlı alındı ki, hər şey haqqında unutdum. Mən söhbətə təbriklərlə başladım.


- Brilliant xanım, ilk növbədə sizi nə ilə təbrik edək. Oğlunuzun ali məktəbə daxil olması ilə, yoxsa ad gününüz münasibətilə?


- Hər ikisi ilə. İncimərəm. (gülür)


- Siz nədən küsürsünüz?


- Haqsızlıq və ikiüzlülük olanda.


- Buna görə ekranlarda tez-tez görünmürsünüz?


- Mən heç vaxt ekranlarda görünməyə can atmamışam. Əgər yadınızdadırsa, mənim ilk yaradıcılığım kadr arxası olub. Sonra evdəkilərimin təkidi ilə efirə çıxmağa başlamışam. Yenə də deyirəm, səsimin tamaşaçılar tərəfindən bəyənildiyini biləndən sonra bu qərara gəlmişəm.


- Akif İslamzadə ilə olan duetiniz indiyə qədər hər kəsin yadındadır. Yəqin ertəsi gün artıq yuxudan tanınmış biri oyandınız?


- Xeyr. O vaxtlar bir gün içində tanınmaq çox çətin idi. İndi ifaçılar efiri pulla alır. Həmin vaxtlarda növbəti dəfə efirə çıxmaq üçün üç ay gözləməli idin. Həm də o vaxtlar Şövkət Ələkbərova, Rəşid Behbudov kimi korifey sənətçilərimiz səhnəyə çıxanda oxumağa risk etmirdim.


- Siz söyləyirsiniz ki, o vaxt səhnəyə Rəşid Behbudov, Şövkət Ələkbərova çıxanda oxumağa risk etmirdiniz. Bəs indi necə, estradamızda bu səviyyədə ifaçılar var?


- Mənə belə təxribatçı suallar verməyin.(gülür) Bilirsiniz, axı mən deyəcəm yoxdur. Bəs siz necə düşünürsünz, var?


- Biri var onlar haqqında jurnalist danışır, biri də var əməkdar artist danışır. Nəyə görə hazırda yerli şou-biznesdə sadaladığımız korifeylər səviyyəsində ifaçılar yoxdur. Sizcə problem nədir?


- Bəlkə ona görə ki, onlar yüz ildən bir doğulurlar. Ümumiyyətlə, bu suala cavab vermək çox çətindir. Bəlkə də ona görə ki, biz onları həyatdan gedəndən sonra korifey adlandırırıq. Nə bilim hər şey ola bilər.


- Bəlkə, bütün teleməkana dolmuş, altı səkkiz ritmi və onun mədəniyyətimizə vurduğu ziyanı da biz yalınız sonralar qiymətləndirə biləcəyik?


- Bilirsiniz, burda iş ritmdə deyil, ifaçının zövqündədir. Axı, bu ritm altında da gözəl oxumaq olar. Kompüter musiqisinin köməkliyi ilə indi hər şey çox asanlaşıb. Yerindən duran oxuyur.


- Demək istəyirsiniz ki, texniki inkişaf musiqinin keyfiyyətinin aşağı enməsinə səbəb olub?


- Əlbəttə. Necə ki, kompüterlər uşaqların zehni hesablamaq həvəsini öldürüb. Kompüter musiqisi də müğənnilərimizdə öz səsləri üzərində işləmək həvəsini öldürüb. Belə deyim, məktəblilər kompüterin, müğənnilər də fonoqramın qulu olub.


- Axı bu sizi qorxutmamalıdır. Siz öz səsinizin gücünə əminsiniz.


- Bəli, mən öz səsimin gücünə əminəm. Hərçənd ki, nadir hallarda öz ifamdan razı qalıram. Hələ bir dəfə də olmayıb ki, mən səsyazma studiyasından çıxanda deyim ki: «Nə qəşəng oxudum».


- Bəzən sizin ifa tərzinizi, səsinizi təkrarlamaq istəyənlər olur. Yeri gəlmişkən, buna münasibətiniz necədir?


- (gülür). Mən artıq öyrəncəliyəm. İlk dəfə efirə çıxdıqdan sonra, az tanınmış müğənnilər məndən nəsə götürüb, özününküləşdirib. Qeyri-təvəzökarlığıma görə məni bağışlayın.


- İndi şou-biznesdə qeyri-təvəzökar olmaq dəbdir.


- Bax bu düzdür. Bir az mədəni olanda tez düşünürlər ki, burda nəsə var. (gülür)


- Sizcə, özünə inamla özündən razı olmaq arasında fərq nədədir?


- Özünə inanmaq çox yaxşı xüsusiyyətdir. Bax özündən razı olmaq... (fikrə gedir). Bunlar arasında fərq tərbiyyədən asılıdır. İnsan tərbiyyəsizdirsə, onun özünə inamı, özündən razı hala çevrilir.


- Siz bir fəlsəfəyə baxın! Sən demə siz nəinki gözəl oxuyursunuz, həm də gözə fikirlər söyləyirsiniz.


- Neyləyim! (gülür). Axı ifaçı nəinki oxumağı bacarmalı, hətta gözəl məntiqi də olmalıdır.

Просмотров: 799 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 5.0/1 | Комментарии (1)


Hazırda əhalinin zövqünün korlanmasında yerli KİV-ləri, «maqazin» proqramlarını günahlandırırlar. «TrendLife»ın müxbiri bununla bağlı «SOY production»nın rəhbəri Oqtay Əliyevlə əlaqə saxlayıb və ona «Çal-Çağır» verilişinin belə söhbətlərdən kənar olması üçün siz nə edirsiniz?» sualı ilə müraciət edib.

«İş ondadır ki, biz etikadan kənar informasiyanı efirdə vermirik. Hətta bu informasiya doğru olsa belə. Həmçinin efirdə müğənninin siqaret çəkməsini də göstərmirik. Çünki bu, gənclərin tərbiyyəsinə mənfi təsir göstərir» - deyə Əliyev «TrendLife»ın bu sualını cavablandırıb.

Просмотров: 865 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Yerli müğənnilərimizin qonşu türk şou-dünyasına qatılmaq sevdası gün keçdikcə artan xətt üzrə inkişaf edir. Kimi göz qırpımında tanınmaq, kimi də çox pul-para qazanmaq məqsədilə çamadanını hazırlayıb, İstanbula getmək arzusu ilə gecəsini-gündüzünə qatır. Bu günə qədər Biləcəri səddini aşıb, istedadını digər məmləkətlərdə də nümayiş etdirmək şansını qazanmaq isə çox az sayda sənətçiyə nəsib olub. Sadaladıqlarımın bəstəkar-müğənni Rəhim Rəhimliyə heç bir aidiyyatı olmasa da, bir fakt bəs-bəlli hamımıza məlumdur. Yəni Rəhim Türkiyəyə yol alan sənətçilər arasında birincilərdən – lap elə pionerlərdən olub. Bakıya ara-bir gəlib gəlməsinə baxmayaraq, o, mass-media nümayəndələri ilə demək olar ki, heç vaxt əlaqə saxlamırdı. Ancaq bu günlərdə paytaxtımızda qonaq olmuş Ruslananın konserti zamanı gözlərə dəyən sənətçi, özü bəzi suallara cavab verməkdə maraqlı göründü. Odur ki, Rəhim Rəhimlinin ötən 5 il ərzində kimsəyə deməkdiklərini yalnız «TrendLife»da oxuya bilərsiniz:


- Rəhim, deyəsən qəribçilikdə yaşadığın illər səni çox dəyişib. Həm zahiri, həm də daxili aləmini…


- Yox, belə deməzdim. Ola bilər ki, xarici görünüşümdə hansısa imic dəyişikləri olsun. Amma daxilən yenə həmin Rəhiməm. Sadə, sadə olduğu qədər də təvazökar.


- Maraqlıdır, Türkiyədə hansı şirkətlə işgüzar əlaqəlar qurmuşdun?


- Getdiyim ilk gündən «Başak Halil» musiqi şikrəti ilə müqavilə bağladım və yaradıcılığımdakı bütün eksklüziv hüquqları onlara həvalə etdim. İndi şirkətlə bağlanan saziş bitdiyindən, müqavilənin uzadılması barədə çox fikirləşirəm.


- Ola bilər ki, qayıtmayasan?


- Hər şey mümkündür. Türkiyəyə yenidən qaydacağım hələ dəqiq olmasa da, 80 faiz işlərimi məhz orada davam etdirməyi düşünürəm.


- Beş il bir sənətçinin karyerasında hansısa uğura imza atması üçün kifayət qədər çox vaxtdır. Rəhim sərf etdiyi illərə görə peşmançılıq çəkmir ki?


- Əsla. Peşmançılıqdan söhbət belə gedə bilməz. Mən orada çox şeyləri öyrəndim. Məsələn, gözümlə gördüm ki, bir sənətçinin daim gündəmdə qalması, sevilməsi üçün hansı addımları atması böyük önəm daşıyır. Bir də ki, özünü tərif çıxsa da deyim ki, olmadığım bu illər ərzində yəqin etdim ki, mən unudulmamışam. Vallah, bu hal məni çox sevindirir. Vətənimə hər gəlişimdə hava limanındakı personaldan tutmuş, şəhərdə rastlaşdığım insanlara qədər hər kəs mənimlə ünsiyyət qurmağa çalışır. Soruşurlar ki, nə vaxt səhnəyə çıxacağam. Mən isə onlara bir az da gözləyin deyirəm.


- Hesab etmirsən ki, pərəstişkarlarının səbr kasası artıq dolub-daşır?


- (Gülür) Nə edim, məndən olsa lap günü bu gün hansısa məkanda sevənlərimi başıma cəm edim, konsert təşkil edərəm. Yəni, səhnəyə çıxmaqdan heç vaxt qorxmamışam. Lakin istəyirəm ki, yüksək səviyyəli təşkil olunan bir proqramla tamaşaçıların görüşünə gəlim.


- Bəs, nə əcəb bu gün Ruslananı dinləməyə gəlmisən? Olmaya onunla dostluğunun bilinməyən tarixçəsi var?


- Quşu lap gözündən vurdunuz a. Bəli, Ruslana Antalyada konsert verən zaman onu dinləməyə getmişdim. Proqram sonrası olduqca səmimi bir söhbətimiz də oldu. Amma yalandan deyə bilmərəm ki, məni məhz öz konsertinə dəvət edib. Gəlişim yaxın dostum «S.A. production»ın rəhbəri Səlahəttin Atalayın dəvəti ilə bağlıdır.


- Konsertdən xoşun gəldi?


- Bu xanımın çox maraqlı bir proqramı var. Sözsüz hər şey mükəmməl idi.


- Rəhim, yəqin sənə də bəllidir ki, yerli müğənnilərimizin bir çoxu – məsələn, Röya Ayxan, Rəqsanə İsmayılova tədarük görüb, qonşu türk şou-biznesinə qoşulmaq arzusundadırlar. Onlara nə məsləhət verərdin?


- Mən bir açıqlama vermək istəyirəm. Əzizlərim, bu heç də asan məsələ deyil. Əgər Azərbaycanda müğənni olmaq üçün maksimum 35-40 min manat bəs edirsə, Türkiyədə bu məbləğin 10 misli tələb olunur. Bizdə şou-biznesə qoşulmaq çox asandır. Türkiyədə iri maqnatlar var ki, onlar özlərinə manapoliya yaradıblar. O ki, qaldı Röya xanımla Rəqsanəyə verəcəyim məsləhətə, onlara yalnız uğurlar diləyirəm. Rəqsanə xanımla bu haqda danışığım olmasa da, Röya Ayxanla İstanbulda görüşmüşdüm. Əminəm ki, Röya türk dünyasında parlamağa müvəffəq ola bilər.


- Yaradıcılığında başqa nə kimi yeniliklər gözlənilir?


- Bilirsiz ki, Əməkdar artist Aygün Kazımova, müğənnilərdən Almaz Ələsgərli, Elton Hüseynəliyev və başqa sənətçilər mənim bəstələrimi oxuyurlar. Bu yayın hiti isə Eltonun ifasında eşitdiyiniz «İsti» mahnısını hesab etmək olar. Durmadan işləyirəm. Özüm də bir neçə bəstələrimi studiyada lentə aldırıram. İnşallah, çox yaxın aylarda yeni disk buraxdırmaq, xudmani bir konsert təşkil etmək fikrindəyəm. Sağlıq olsun, hələ bütün uğurlarım irəlidədir. Odur ki, yenilik gözləməyə dəyər!

Просмотров: 762 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Yeni mövsümün açılışı ilə bağlı televiziya ekranlarında yeni layihələr işıq üzü gördü.
Qeyd edək ki, söhbət sənət adamlarının aparıcılığı ilə baş tutan verilişlərdən gedir. Veriliş aparmaqda iddialı olan sənət adamları arasında Faiq Ağayev də var. Müğənninin özünü aparıcı qismində də sınayaraq veriliş aparmaq istəyində olduğunu bildirmişdik. Həmkarları ilə müqayisədə tamamilə fərqli - şou yox, daha ciddi verilişin aparıcısı olan Faiq Ağayev tamaşaçıların qarşısına sentyabrda çıxacağını bildirmişdi. Daim öndə getməyə üstünlük verən Faiq deyəsən bu dəfə həmkarlarından geri qaldı. Verilişin gecikməsinin səbəbini öyrənmək üçün onunla əlaqə saxladıq. Bu barədə isə suallarımıza müğənninin prodüseri Fuad cavab verdi. O, bildirdi ki, verilişin gecikməsinə səbəb layihənin hələ tam şəkildə quruluş verilməməsi ilə bağlıdır. Ona görə də veriliş efirə noyabrdan tez çıxmayacaq. Verilişin adının seçilmədiyini də söyləyən Fuad layihənin hansı telekanallarda yayımlanacağının da hələ məlum olmadığını bildirdi. Hazırda layihə üzərində iş gedir.

Просмотров: 706 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)



Bütün toy

Aygün Kazımova - 10 000
Faiq Ağayev - 10 000
Brilyant Dadaşova- 6000
Rəqsanə - 6000
Nazpəri - 6000
Xatirə İslam - 5000
Nadir Qafarzadə - 4500
İradə İbrahimova - 4500
Abbas - 4500
İlqar Muradov - 4000
Eyyub Yaqubov - 4000
Xumar Qədimova - 4000
İzzət Bağırov - 3500
Xuraman Şuşalı - 3500
"Şeron" qrupu - 3500
Kamran Həsənli - 3500
Mətanət İsgəndərli- 3000
Nüşabə Ələsgərli - 3000
Cabbar və Könül - 3000
Xəyyam - 3000
Səməd Səmədov - 3000
Rühəngiz Allahverdiyeva-3000
Lalə Məmmədova - 3000
Elariz - 2500
İlqar Sahil - 2500
Nazim - 2500
Nadir Bayramlı - 2500
"N-Brother" qrupu - 2000
Əlikram Bayramov - 2000
Nurlan Növrəsli - 1500

Yarımsaatlıq İfa

Aygün Kazımova - 3000
Faiq Ağayev - 3000
Brilyant Dadaşova - 3000
Röya - 3000
Manana - 2500
Ədalət Şükürov - 2000
İlqar Muradov - 2000
İradə İbrahimova - 2000
Rəqsanə - 2000
Nadir Qafarzadə - 2000
Çavanşir - 2000
"Şeron" qrupu - 1500
Xatirə İslam - 1500
Xumar Qədimova - 1500
Mətanət İsgəndərli - 1500
Abbas - 1000
Nüşabə Ələsgərli - 1000
Eyyub Yaqubov - 1000
Cabbar və Könül - 1000
Xəyyam - 1000
Rühəngiz Allahverdiyeva- 1000
Lalə Məmmədova - 1000
İzzət Bağırov - 1000
Xuraman Şuşalı - 1000
Elnur - 1000
Nadir Bayramlı - 800
Elariz - 800
Vüqar - 800
"N-brother" qrupu - 700
Əlikram Bayramov - 600
Sabir Əhmədov - 600
Nurlan Növrəsli - 500

Rayon toyları

Rəqsanə - 10 000
Nazpəri - 6000
Nüşabə Ələsgərli - 6000
Səməd Səmədov - 6000
"Şeron" qrupu - 6000
Xəyyam - 5000
Xuraman Şuşalı - 5000
Cabbar və Könül - 5000
Rühəngiz Allahverdiyeva - 5000
Kamran Həsənli - 5000
Mətanət İsgəndərli - 5000
Xumar Qədimova - 5000
Elariz - 4500
Vüqar - 1500

Movkva toyları

Manana - 10 000
Nazpəri - 10 000
Brilyant - 8000
Xuraman Şuşalı - 7000
Xəyyam - 5000
Cabbar və Könül - 5000
İradə İbrahimova - 5000
Sabir Əhmədov - 2000

/Day.az/

Просмотров: 1296 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı dəstələri Xankəndidə yerləşdirilmiş
Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası
və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar
yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan
əvvəl, fevralın 25-i axşam çağından şəhər
toplardan və ağırzirehli texnikadan şiddətli atəşə
tutulmağa başlayıb. Nəticədə, şəhərdə
yanğınlar baş verib və fevralın 26-sı səhər
saat 5 radələrində şəhər tam alova bürünüb.
Belə bir vəziyyətdə, erməni əhatəsində
olan şəhərdə qalan, təqribən, 2500 nəfər
əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan
Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə
şəhəri tərk etməyə məcbur olublar. Ancaq
bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük
faciələrindən biri baş verir. Əsas tərkibi milliyyətcə
erməni olan həmin alay yerli əhalini amansızcasına
qətlə yetirib, qadınları və az yaşlı uşaqları
öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin
çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə
bir daha sübut olunub.




Xocalı soyqırımı nəticəsində
613 nəfər həlak olub:

uşaqlar - 63 nəfər;

qadınlar - 106 nəfər;

qocalar - 70 nəfər;

8 ailə tamamilə məhv edilib;

25 uşaq hər iki valideynini itirib;

130 uşaq valideynlərindən birini itirib;

487 nəfər yaralanıb, onlardan:

uşaqlar - 76 nəfər;

1275 nəfər əsir götürülüb;

150 nəfər itkin düşüb.


Dövlətin və əhalinin əmlakına
01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində
ziyan vurulub:

Bu rəqəmlər Ermənistanın Azərbaycanın tərkib
hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana
birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi
əsasında yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin
ən dəhşətli, qanlı faciəsidir. Azərbaycan
Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı
soyqırımı günü" elan edib. Hər il fevralın
26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının
qurbanlarının xatirəsini yad edir.

Просмотров: 839 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Hələ
SSRİ dövründə Azərbaycanın Dağlı Qarabağ
bölgəsində yaşayan ermənilər Ermənistan Respublikası
tərəfindən provokasiya edilmişdi. Yerli azərbaycanlılara
nisbətən çox az olan ermənilərin müstəqillik
tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə
səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən
sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə
çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ
və ona bitişik 7 rayonu Ermənistanın işğalı
altındadır. İşğal altında olan ərazi Azərbaycanın
ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə
nəticəsində Dağlıq Qarabağ və ətraf
rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz
yaşayış yerlərini tərk edib, 24 000-dən çox
insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst
olub. Hazırda erməni tərəfin müntəzəm olaraq
atəşkəsi pozması nəticəsində 10 000-dən
çox azərbaycanlı həlak olub.

Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil
xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası
tərəfindən XIX əsrdə işğal olunduqdan sonra,
Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya
hokuməti Türkiyədən və İrandan 1 milyondan çox
ermənini Azərbaycan ərazisinə, əsasən də
Qarabağ bölgəsinə köçürüb. 1923-cü
ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ
Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin
qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə
Dağlıq Qarabağdakı separatçı ermənilər
müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna
uyğun gəlməyən bu “müstəqillik” indiyə
kimi haqlı olaraq heç bir ölkə tərəfindən
tanınmayıb. İşğal olunmuş ərazilərdə
olan tarixi abidələr dağıdılıb, ərazidə
olan təbii sərvətlər, xüsusilə qızıl
yataqları separatçı rejim tərəfindən qanunsuz
olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin
qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq,
Ermənistan Respublikası bu gün də işğalçılıq
siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən
Azərbaycan kəndləri daim atəşə tutulur.

Просмотров: 3167 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 5.0/1 | Комментарии (1)


İlham
Əliyev 2003-cü ildə prezident kürsüsündə
atası mərhum prezident Heydər Əliyevi əvəz edib.
Heydər Əliyev oğlunu “siyasi xələfi” adlandırır
və onu çoxdan yuxarı dövlət vəzifəsinə
hazırlayırdı. Heydər Əliyev vəfat edəndə
İlham Əliyev artıq ölkədə baş nazir, Dövlət
Neft Şirkətinin vitse-prezidenti və hakim Yeni Azərbaycan
Partiyasının sədr müavini idi. Prezident seçkisində
İlham Əliyev bütün digər namizədləri geridə
qoydu. Qərb müşahidəçiləri seçkiqabağı
kampaniyanı sərt tənqid etdilər. Onların sözlərinə
görə, seçkiqabağı kampaniya seçicilərin,
KİV-in zorakılıq və qeyri-adi vasitələrlə
qorxudulması ilə xarakterizə olunub. Polis müxalifətin
nümayişini güc tətbiq edərək dağıtmış,
bir çox adamı həbs etmişdiр.

Heydər Əliyevin siyasi karyerası SSRİ dövründə
təhlükəsizlik orqanlarından başlamış, Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunda bitib. Müstəqil Azərbaycanın ağır
dövrlərində yeni ideoloqa çevrilib. O, ölkədə
qeyri-sabit vəziyyət olanda hakimiyyətə qayıdıb
və Azərbaycanı 1993-cü ildən dəmir əllя
idarя edib. Qяrb dяfяlяrlя onun idarяetmяsini
insan hцquqlarыnыn vя KИV-in azadlыьынын
pozulmasыna görə töənqid edib.

Müxalifət əvvəlki kimi hazırkı prezident İlham
Əliyevin demokratik prinsiplərə sadiqliyinə ciddi şübhə
edir. Bu şübhələr 2005-ci ildə parlament seçkilərindən
sonra keçirilən nümayişin dağıdılmasında
polisin yenidən güc tətbiq etməsindən sonra daha da
güclənib. Seçkilərin nəticələrinə
görə, hakim partiya parlamentdə yarıdan çox yer tutub.
Bununla yanaşı, ATƏT və Avropa Şurasının
müşahidəçiləri bildiriblər ki, seçki
beynəlxalq standartlara az uyğun gəlib.

İlham Əliyev 1961-ci ildə anadan olub. O, tarix elmləri
namizədidir. Müstəqillik dövründə bizneslə
məşğul olaraq varlanıb. Evlidir, üç uşağı
var.

Baş nazir: Artur Rəsizadə

Xarici işlər naziri: Elmar Məmmədyarov

Daxili işlər naziri: Ramil Usubov

Milli təhlükəsizlik naziri:
Eldar Mahmudov

Müdafiə naziri: Səfər Əbiyev

Baş prokuror: Zakir Qaralov

Fövqəladə hallar naziri: Kəmaləddin
Heydərov

Müdafiə sənayesi naziri: Yavər Camalov

Ədliyyə naziri: Fikrət Məmmədov

Maliyyə naziri: Samir Şərifov

Vergilər naziri: Fazil Məmmədov

İqtisadi inkişaf naziri: Heydər Babayev

Sənaye və energetika naziri: Natiq Əliyev

Nəqliyyat naziri: Ziya Məmmədov

Əmək və əhalinin sosial müdafiəsi naziri:
Füzuli Ələkbərov

Kənd təsərrüfatı naziri: İsmət
Abasov

Ekologiya və təbii sərvətlər naziri:
Hüseynqulu Bagırov

Mədəniyyət və turizm naziri: Əbülfəs
Qarayev

Təhsil naziri: Misir Mərdanov

Səhiyyə naziri: Oqtay Şirəliyev

Rabitə naziri: Əli Abbasov

Gənclər və idman naziri: Azad Rəhimov

Просмотров: 862 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (1)


Rəsmi
adı: Azərbaycan Respublikası

Əhalisi: 8,4 mln insan (BMT-nin məlumatı, 2006)

Paytaxtı: Bakı şəhəri

Ərazisi: 86 600 kv.km

Əsas dillər: Аzərbaycan, rus

Əsas din: İslam

Orta yaş həddi (kişi/qadın): 63/70 yaş
(BMT-nin məlumatı)

Pul vahidi: 1 manat = 100 qəpik

Əsas ixrac məhsulu: neft və neft məhsulлarı

Adambaşına düşən ortaillik gəlir:
1 240 dollar (Ümumdünya Bankının məlumatı, 2006)

İnternetdə domen: az

Beynəlxalq telefon kodu: +994

Просмотров: 554 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


1991-ci
il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan
Respublikası əvvəllər SSRİ-nin tərkibində
olub. Hal-hazırda Azərbaycan Ermənistanla müharibə
vəziyyətindədir. Ermənistan Azərbaycanın 20 faiz
torpağını işğal edib.

Azərbaycan Cənubi Qafqazda Qafqaz sıra dağları ilə
Xəzər dənizinin arasında yerləşir. Paytaxtı
Xəzər dənizinin sahilində yerləşən Bakı
şəhəridir. Əsas ərazisindən əlavə, onun
tərkibinə Naxçıvan Muxtar Respublikası da daxildir.
Naxçıvan Muxtar Respublikası İranla həmsərhəddir;
Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi
yerləşir.

Zəngin neft ehtiyatlarına malik olan Azərbaycan ta qədim
dövrlərdən özünün neft və qaz ehtiyatlarına
görə tanınıb. Oda pərəstiş edən atəşpərəstlər
burаda torpaqdan çıxan “əbədi ocaqlar”ın
– yanar qazın ətrafında məbədlər tikiblər.

Просмотров: 1033 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

Страна: США
Год: 2007
Режиссер: Джеймс Мэнголд
В ролях:
Кристиан Бейл, Рассел Кроу, Бен Фостер, Алан Дудик, Питер Фонда, Гретхен Мол, Логан Лерман, Винесса Шоу, Кевин Дуранд, Джонни Уитворт и др.
Сценарий: Дерек Хаас, Майкл Брандт, Стюарт Битти, Элмор Леонард
Бюджет: $50 млн.


Находящийся в долговой яме фермер Дэн Эванс предлагает свои услуги группе сопровождения опасного преступника Бена Уэйда, главаря банды, опустошившей десятки дилижансов. За рвение Эвансу обещано 200 долларов (серьёзное подспорье для семейного бюджета). Уэйда необходимо доставить до железнодорожной станции, куда в 3:10 пополудни прибывает поезд на Юму. У сподручных Бена на сей счёт иное мнение. Они идут по следу провожатых, желая, во что бы то ни стало освободить своего главаря.

Просмотров: 636 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

Страна: США
Год: 2007
Режиссер: Майкл Дэвис
В ролях:
Клайв Оуэн, Моника Беллуччи, Пол Джиаматти, Грег Брик, Стивен МакХатти, Рамона Прингл, Джейн МакЛин, Крис Джерико, Джейсон Ресо, Майк Допуд и др.
Сценарий: Майкл Дэвис
Бюджет:
Мировая премьера: 07 сентября 2007



Во время перестрелки, затеянной группой лиц, женщина рожает ребенка. Человеку, известному под именем "Мистер Смит", принимающему у нее роды, приходится в одиночку защищать ее и младенца от множества вооруженных людей.

Просмотров: 621 | Добавил: BakuBest | Дата: 11.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

Просмотров: 573 | Добавил: BakuBest | Дата: 09.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

Просмотров: 711 | Добавил: BakuBest | Дата: 09.09.2007 | Рейтинг: 4.0/2 | Комментарии (0)

Просмотров: 583 | Добавил: BakuBest | Дата: 09.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

Просмотров: 663 | Добавил: BakuBest | Дата: 09.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

« 1 2 3 4 5 »
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Поиск

Друзья сайта

Наш опрос
Saytimi Qiymetlendirin
Всего ответов: 62

Статистика

 
Copyright MyCorp © 2024