Пятница, 29.03.2024, 17:42
BAKU LIFE
Главная Регистрация Вход
Приветствую Вас Qonaq | RSS
Главная » Архив материалов

Eyni qəsəbədə yaşayan başqa bir cütlük isə bu yaxınlarda uşaqlarına «Arbol» (Ağaç) adını verib.


İnternetdə tanış olaraq evlənən meksikalı cütlük yeni anadan olan uşaqlarının adını «Yahoo» qoyub.

Mexika qəsəbəsinin qeydiyyat şöbəsinin müdirinin sözlərinə görə, gənc cütlüyün bu addımı atmasına səbəb «Yahoo» internet portalı sayəsində tanışaraq, evlənmələri olub.

Qeyd edək ki, bu yaxınlarda qəsəbədə yaşayan başqa bir cütlük uşaqlarına «Arbol» (Ağaç) adını vermişdilər.

Просмотров: 975 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (2)


Böyük Britaniyanını paytaxtı London dünyada naharın ən baha olduğu ölkədir. «Time Zaqat» bələdçisində dərc edilən məlumata görə, burada bir nəfər üçün içki ilə naharın qiyməti 39,09 funtdur (79,44 dollardır). Parisdə eyni naharı 35,37 funta (71,33 dollara), Tokioda isə 35,10 funta (71,33 dollara) etmək olar.
ABŞ-da isə qiymətlər Avropadan iki dəfə aşağıdır. Nyu Yorkda yemək yemək istəyən şəxs bunun üçün 19,63 funt (39,22 dollar), Los Ancelesdə isə 15,63 funt (31,76 dollar) ödəməli olacaq.
Xatırladaq ki, 67 yaşlı Tim Zaqat həyat yoldaşı Nina ilə birgə restoranların bələdçisini tərtib etməyə1979-cu ildən başlayıb. İlk vaxtlar bu yalnız hobbi idi. Bələdçinin yeni buraxlışı 5 min nəfər arasında keçirilən sorğu əsasında hazırlanıb.

Просмотров: 709 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Bakıda ABŞ-ın “Microsoft” Korporasiyası Azərbaycan dilində Windows XP İnterfeys paketinin təqdimatını keçirib.

“Microsoft”un Azərbaycan üzrə direktoru Vladimir Çaykovski deyib ki, bu, şirkətin Azərbaycan dilinə tərcümə etdiyi ilk məhsuldur. “AZEL” şirkətinin vasitəsilə həyata keçirilən bu prosesin gerçəkləşməsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verib. Rabitə və informasiya texnologiya naziri Əli Abbasov isə bildirib ki, Azərbaycanda proqram təminatının hazırlanması getdikcə ön plana çıxır: “Artıq ali məktəblərdə proqram təminatı ilə bağlı tədrisdə canlanma başlanıb. Gənc nəsil buna maraq göstərir. Buna görə də Azərbaycan hökuməti “Microsoft”la əməkdaşlıq edir. “Microsoft” öz fəaliyyəti ilə Azərbaycana yeni məhsullar və xidmətlər gətirir. Onun Azərbaycan iqtisadiyyatındakı yeri getdikcə möhkəmlənir”. Nazir deyib ki, Azərbaycanda bir il əvvəl fəaliyyətə başlayan “Microsoft” Korporasiyası ilk növbədə geniş istifadə olunan “Windows” proqramını Azərbaycan dilinə tərcümə etməyi qərar verib. Bunu ağır və məsuliyyətli iş hesab edən Ə. Abbasovun fikrincə, “Microsoft” Azərbaycanda ofis açmasaydı, proqramın Azərbaycan dilinə tərcüməsi bir az da yubanardı. Nazir əlavə edib ki, “Microsoft”un I vitse-prezidenti Qreq Mundi srağagün lokallaşdırılmış Windows XP İnterfeys paketini dövlət başçısına təqdim edib.

Просмотров: 1038 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 4.0/1 | Комментарии (0)


2004-cü ildən ABŞ Ticarət və İnkişaf Agentliyi vasitəsilə Azərbaycana ÜTT-yə üzvlük üzrə tədbirlərin həyata keçirilməsi üçün 3 mln. dollarlıq texniki yardım göstərilib.

“ABŞ hökuməti Azərbaycanın ÜTT-yə üzvlüyünü tam dəstəkləyir”, deyə bu gün “Azərbaycanın ÜTT-yə üzvlüyü: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən seminarda ABŞ-ın Azərbaycandakı səfirinin müavini Don Lu bildirib. Seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən təşkil olunub.
2004-cü ildən ABŞ Ticarət və İnkişaf Agentliyi vasitəsilə Azərbaycana ÜTT-yə üzvlük üzrə tədbirlərin həyata keçirilməsi üçün 3 mln. dollarlıq texniki yardım göstərilib. Bu il USAID əlavə 3,7 mln. dollar yardım ayıracaq. Don Lunun sözlərinə görə, hazırda dünya ticarəti və xidmətlərinin 90%-i ÜTT-yə üzv ölkələr tərəfindən həyata keçirilir və Azərbaycanın bu təşkilatdan kənarda olması ölkə iqtisadiyyatına neqativ təsir göstərə bilər.
Seminarda çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, ÜTT-yə üzvlük komissiyasının sədr müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan ÜTT-yə üzv ölkələrlə iki və çoxtərəfli danışıqları davam etdirir və artıq bir neçə ikitərəfli saziş imzalanıb. 40-a yaxın qanunvericilik aktı ÜTT-yə üzv ölkələrin qanunları ilə uyğunlaşdırılıb və 10-dan artıq qanun hazırlanaraq nəzərdən keçirilmək üçün hökumətə təqdim olunub.
USAID-in ÜTT məsələləri üzrə eksperti Y. Fərhat “ÜTT-nin prinsipləri, ÜTT-yə üzvlük istiqamətində digər ölkələrin təcrübələri və üzvlüyün ölkəyə təsiri” məruzəsi ilə çıxış edib.

Просмотров: 805 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Azərbaycanda dini vəziyyətlə bağlı NATO-da aparılan müzakirələr Milli Məclis üzvlərinin etirazına səbəb olub

NATO Parlament Assambleyasının (PA) Portuqaliyada keçirilən yaz sessiyası başa çatıb.
Bu barədə APA-ya dinləmələrdə iştirak etmiş Azərbaycanın NATO PAdakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
Onun sözlərinə görə, PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində "Qara dəniz hövzəsində dövlət və din" mövzusunda dinləmələr keçirilib. Onun sözlərinə görə, mövzu ilə bağlı hollandiyalı deputat Bert Middel məruzə ilə çıxış edib. Məruzənin Azərbaycana aid hissəsində Qafqaz Müsəlmanları İdarəsi tənqid olunub, qurumun korrupsiyalaşdığı və qeyd olunub. Hesabatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə QMİ arasında münaqişənin mövcud olduğu da bildirilib. Həmçinin, dini radikal qruplaşmaların çoxaldığı vurğulanıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov isə çıxışında məruzədəki mənfi məqamlara etiraz edib. Hesabatdakı məqamların obyektivliyi əks etdirmədiyini bildirən vitse-spiker əvvəllər komitə ilə QMİ arasında münaqişənin olduğunu, amma komitə rəhbərliyinin dəyişməsindən sonra bunun tamamilə aradan qaldırıldığını bildirib. Z. Əsgərov QMİ sədri Hacı Allahşükür Paşazadənin ünvanına səsləndirilmiş mənfi fikirlərə də etirazını bildirib və onun ölkədə dini tolerantlığın qorunmasındakı rolundan danışıb. İclasda Əfqanıstandakı vəziyyət müzakirə edilib, burada narkotikanın yetişdirilməsinin dünya üçün təhlükə olduğu bildirilib.
Bu mövzu ilə bağlı çıxış edən millət vəkili Siyavuş Novruzov Azərbaycanda Dağlıq Qarabağın nəzarətsiz ərazi olduğunu və Əfqanıstanda istehsal olunan narkotik maddələrin Qarabağ üzərindən Avropaya ötürüldüyünü deyib.
Ona görə də millət vəkili dünya birliyinin nəzarətsiz ərazilərlə bağlı məsələni diqqətdə saxlamasını və dondurulmuş münaqişələrin həllini tapmasının vacib olduğunu bildirib.
Təhlükəsizliyin mülki ölçüsü komitəsində kritik infrastrukturların mühafizəsi ilə bağlı məsələnin də müzakirə edildiyini bildirən Q. Həsənquliyev Böyük Britaniyadan olan deputat Lord Coplikin mövzu ilə bağlı məruzə ilə çıxış etdiyini deyib. Özünün də bu məsələ ilə bağlı müzakirələrdə çıxış etdiyini deyən millət vəkili dünya birliyi və NATO-nun əhatə etdiyi ölkələrdə infrastrukturların mühafizəsinin vacib olduğunu demişdir:
"Əgər söhbət infrastrukturların mühafizəsindən gedirsə, Azərbaycan Avropanın neft və qazla təmin olunmasında iştirak edir. Buna görə NATO-nun neft kəmərlərinin təhlükəsizliyinin təmin edilməsində marağı olmalıdır. "Dondurulmuş münaqişələr" qaldıqca, kəmərlərə olan təhlükə də qalır. Bəzi dövlətlər isə, ümumiyyətlə, istəmirlər ki, alternativ qaz və neft kəmərləri olsun. Ona görə də istənilən vaxt bu münaqişələri yenidən canlandıra bilərlər və bu zaman infrastrukturlar dağıdıla bilər. Bu baxımdan bölgənin təhlükəsizliyi üçün diqqətin artırılmasının vacib olduğunu dedim".
Q.Həsənquliyev bildirib ki, Gürcüstandan olan nümayəndə öz çıxışında ölkəsinə gedən qaz kəmərlərinin tez-tez partladılmasının vəziyyəti gərginləşdirdiyini deyib: "Amma Gürcüstanın bu vəziyyətdən çıxması zamanı kimin kömək etməsi ilə bağlı bir kəlmə də demədi. Mən buna öz etirazımı bildirdim". Q. Həsənquliyev Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılmış məsələləri məruzəçilərin nəzərə aldıqlarını söylədi.

Просмотров: 839 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Ermənistan ordusunun keçmiş leytenantı Viqen Patatanyan ABŞ-a saxta qaçqın sənədi ilə keçmək istəyərkən Amerikanın Meksika ilə sərhədində yerləşən San-Dieqo şəhərində saxlanılıb.

Miqrasiya və Gömrük Xidmətində dindirilmə vaxtı V. Patatanyan deyib ki, Birinci Qarabağ müharibəsi vaxtı azərbaycanlılara qarşı vuruşmaq üçün döyüş bölgəsinə əsgərlərin və silah-sursatın göndərilməsində yaxından iştirak edib. “Dağlıq Qarabağda azərbaycanlılara qarşı cinayətlər törətmiş Ermənistan ordusunun keçmiş leytenantı Viqen Patatanyan ABŞ hüquq-mühafizə orqanları tərəfindən dindirilərkən etiraf edib ki, onun silah-sursatla təchiz etdiyi əsgərlər Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Füzuli və digər ərazilərdə yerli sakinlərə qarşı dəhşətli qətliamlar törədiblər”. Bunu erməni leytenantının ABŞ-da həbs olunaraq, Ermənistana ekstradisiya edilməsi məsələsi ilə bağlı APA-nın sualına cavabında Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib. O, qeyd edib ki, bu cinayətkarların gizlənməsi üçün ən çox çalışan erməni diasporu və lobbisidir: “Hər vəchlə qondarma erməni soyqırımını bütün dünyaya car çəkməkdə canfəşanlıq göstərən erməni diasporunun və lobbisinin terrorçuluğu dəstəklədiklərini sübut edən kifayət qədər faktlar mövcuddur. Məsələn, ABŞ hüquq-mühafizə orqanları tərəfindən hələ bir müddət öncə bu ölkədə fəaliyyət göstərən və ən böyük erməni təşkilatlarından olan Erməni Milli Komitəsinin rəhbəri Murad Topalyan həbs olunub. Təhqiqatlar nəticəsində məlum olub ki, Murad Topalyan ABŞ-da fəaliyyət göstərən Türkiyə və Azərbaycan diaspor təşkilatlarının, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərinə məxsus inzibati binalarda partlayışlar törətməyi planlaşdırıb. Bu məqsədlə o, hətta Belford şəhərində bir anbar kirayələyib, burada 100 funt partlayıcı maddə, partlayıcı qurğular, çoxlu sayda silah-sursat tədarükü görüb”.

Просмотров: 814 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Azərbaycan iqtisadi cəhətdən qüdrətləndikcə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası da sürətlənir.

Son illər ölkənin ayrı-ayrı bölgələrində yeni aqrar və sənaye müəssisələrinin fəaliyyətə başlaması, sosial obyektlərin və idman komplekslərinin istifadəyə verilməsi regionlarda xeyli canlanma yaratmışdır. Ölkə rəhbərinin bölgələrə tez-tez səfər etməsi də bu sahədə böyük rol oynayır. Çünki bu səfərlər zamanı hər bir rayon rəhbəri prezident qarşısında bir növ hesabat verir, dövlət məmurları ölkə başçısının tapşırıqlarını əməli fəaliyyət proqramı kimi qəbul edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qərb bölgəsinə dünənki səfəri də elə həmin məqsədə xidmət edirdi. Prezident mayın 30-da əvvəlcə Qazax rayonunun mərkəzindəki Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra yeni inşa edilən və beynəlxalq standartlara cavab verən 1010 tamaşaçı tutumuna malik 15 hektar ərazisi olan olimpiya idman kompleksinin açılışında iştirak edib. Qeyd edək ki, bu, son illər respublikamızda istifadəyə verilən 11-ci olimpiya idman kompleksidir. Prezident açılış mərasimindəki çıxışı zamanı bildirib ki, biz bu rəqəmi 20-yə çatdırmaq fikrindəyik. Çünki idmana qoyulan sərmayə Azərbaycan gəncliyinin sağlamlığına qoyulur. İlham Əliyev Qarabağ müharibəsində Qazax rayonu sakinlərinin rəşadət göstərdiklərini qeyd etdikdən sonra deyib: “Qazax sərhəd bölgəsidir, neçə-neçə şəhid verib. Biz torpaqlarımızı istənilən yolla azad etməyə hazır olmalıyıq. Ona görə də bizim məqsədimiz iqtisadi cəhətdən güclü, azad dövlət yaratmaqdır”. Prezident daha sonra rayonun Daş Salahlı kəndində sement zavodunun təməlatma və Bentonit emalı zavodunun açılış mərasimlərində də iştirak edib. Məlumata görə, bu il bentonit emalı zavodunda 75 min ton, sonrakı illərdə isə 300 min ton məhsul emal olunacaq. Ən müasir avadanlıqlarla təchiz edilmiş müəssisəyə 7,9 milyon dollar sərmayə qoyulub.
Prezident Qazax rayonunun mərkəzində inşası başa çatmaqda olan Müalicə-Diaqnostika Mərkəzi ilə tanış olub, İsmayıl Şıxlı adına Parka və digər istirahət ocaqlarına baş çəkib.
Daha sonra Azərbaycan Prezidenti günün ikinci yarısında Tovuz rayonunda olub. APA-nın məlumatına görə, İlham Əliyevin Tovuza səfəri olimpiya idman kompleksinin təməlqoyma mərasimində iştirakla başlayıb. Burada dövlət başçısına kompleksin gələn il istifadəyə verilməsinin nəzərdə tutulduğu barədə məlumat verilib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov rayonda görülən quruculuq işlərindən danışıb, Tovuz əhalisi adından prezidentdən rayonda Müalicə Diaqnostika Mərkəzinin tikintisi barədə göstəriş verməsini xahiş edib. Tovuz ictimaiyyəti qarşısında çıxış edən ölkə başçısı əhalinin xahişi ilə bu rayonda da Müalicə Diaqnostika Mərkəzinin tikintisinə başlanılması barədə göstəriş verəcəyini bildirib.
O, Azərbaycanın iqtisadi inkişafına görə dünyada lider ölkəyə çevrildiyini söyləyib: “Dövlət büdcəmiz artıq 7,4 milyard dollara çatıb. Son illərdə 552 min yeni iş yeri açılıb, ölkədə kənd təsərrüfatı texnikalarının istehsalına başlanılıb. Artıq Azərbaycanda orta aylıq əmək haqqı 200 dollar, orta aylıq təqaüd 58 manatdır. Lakin bu, son hədd deyil və getdikcə artırılacaq”. İlham Əliyev qeyd edib ki, Azərbaycan hakimiyyəti xalqın güclü dəstəyinə malikdir.
Daha sonra prezident rayondakı Heydər Əliyev Seyrəngahına baş çəkib, orada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Aşağı Ayıblı kəndində orta məktəbin tikintisi ilə tanış olub.
Tovuzdan Gəncə şəhərinə gedən prezident öncə şəhərin baş meydanı ilə tanış olub, Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Daha sonra İlham Əliyev köhnə Gəncə qapılarının tikintisi ilə maraqlanıb. Gəncə şəhərindəki Cəfər Cabbarlı adına orta məktəbin yenidən qurulması işləri ilə tanışlıqdan sonra Azərbaycan Prezidentinin qərb bölgəsinə səfəri başa çatıb.

Просмотров: 804 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


«Həqiqətən də nаmаz qəbаhətdən və хоşаgəlməz işdən qоruyаr»[1]Nаmаz кöməк və dəstəкdir.«(Аllаhdаn) кöməк üçün səbrə və nаmаzа üz tutun». [2]Nаmаz rаhаtlıqdır.«Möminlər uğur qаzаnmışlаr! О кəslər кi, оnlаr öz nаmаzlаrındа mütidirlər».[3]Nаmаz ruzinin yоludur.«Öz cаmааtınа nаmаz qılmаğı əmr еt, özün də qılmаqdа səbrli оl. Biz səndən bir ruzi istəmiriк.Biz sənə ruzi vеririк.»[4]Nаmаz rаzılığın yоludur.
Просмотров: 705 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Uşаqlаrın tərbiyə mеtоdlаrındаn bir mеtоd оlаrаq, vərdiş qаzаndırmаnın əhəmiyyəti, məhz uşаğın təbiətinə görə məşhur оlаn bir mеtоddur. Vərdiş qаzаndırmа mеtоdu, digər mеtоdlаrdаn idаrə еdilməsi dаhа rаhаt və itаət еdilməsi dаhа surətli bir mеtоddur. Оnsuzdа uşаğın, özündən istənilənləri yеrinə yеtirməsinin qаrşısını кəsəcəк bir vərdişi də, özünə əmr еdilənlərdən uzаqlаşdırаcаq əsаslı bir qərаrı dа yохdur.
Просмотров: 617 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Namaza vərdiş hərəkətini, Məhəmməd peyğəmbərin (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) yuxarıda keçən hədisindən hərəkətlə bu şəkildə bir neçə mərhələyə ayıracağıq:A – Yeddi yaşından əvvəlki mərhələ.B – Yeddi on yaş arası təlim mərhələsi.C – On yaş dini baxımdan mükəlləf yaşına çatma mərhələsi.[1]Bu mərhələlərin hər birinə mərhələsinə uyğun olan metodlar vardır. Hər mərhələdə istənənləri ümumi tövsiyələrlə, iki giriş halında, bəzilərini aşağıda gələcəyi kimi zikr edəcəyik.
Просмотров: 680 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Allahu Təala yenidən mübarək Ramazan ayına bizə qovuşmağı nəsib etsin. Bu mübarək ayın fəzilətini, dəyərini və müsəlmanların bu ayda vəzifələrindən bəhs edəcəyik. Bu ayın fəzilətini bizlərə Peyğəmbərimiz (s.a.s.) bu hədisi ilə göstərir:
“Əgər qullar Ramazan ayındakı üstünlükləri bilsəydilər bütün ilin Ramazan olmağını istəyərdilər.”(Təbərani)

Просмотров: 1054 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 5.0/1 | Комментарии (0)


Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və səna olsun bütün kainatın və aləmlərin Rəbbi olan Allaha. Salat və salam olsun Onun Rəsulu və sevimlisi Muhəmmədə (S.A.S) və eləcə də Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.
Əziz oxucular və xüsusən də gənc qardaşlarım! Bunu, bir qardaşın öz qardaşına verdiyi nəsihət kimi demək istəyirik sizlərə.
Yazdıqlarımızı səmimi qarşılayın! Gənc qardaşlarım, bir azacıq vaxtınızdan ayırın, qəlblərinizi bizlərə açın və yazılanları təmkinlə oxuyun! Xeyirdirsə kömək etmiş olarıq inşAllah.
Qardaşım sən hələ gəncsən, cavansan. Ağlın öz yerində və enerjin kifayət qədərdir. Bu Ramazan ayına nə hazırladın? Cənnətin qapıları açılan və Cəhənnəmin qapıları bağlanan bu müqəddəs və uca ayda nə hazırladın özün üçün? Günahlardan əl çəkməyi, pisliklərdən çəkinməyi və Allaha dönərək tövbə etməyi planladınmı bu ayda? Göylərin və yerin Rəbbi olan Allahu Təalaya gündəlik ibadət etmək üçün bir program hazırladınmı? Bu mübarək ayın gündüzlərini və gecələrini hansı əməllərlə keçirməyə qərar verdin?
Bu suallara səmimi olaraq öz daxilində cavab verməlisən və özün üçün bu ayda nə isə hazırlamalısan! Bu müqəddəs ayın boşuna gəlib keçməsinə imkan verməməlisən, ibadət və itaətlərini ciddi şəkildə yerinə yetirməlisən!


İlk olaraq tövbə ilə başla! Sənə tövbə ilə başla dedikdə səni hansısa bir əməldə ittiham etmirəm. Sadəcə Allahın yolunu tutmağın ən düzgün forması budur. Bütün günahlardan və səhvlərdən tövbə edərək yalnız Allaha üz tutmaq olar. Həmçinin tövbə etmək, bəzilərinin düşündüyü kimi ancaq günahkarlara və fasiqlərə aid deyil. Peyğəmbərimiz (S.A.S) buyurbki: "Ey insanlar! Allaha tövbə edin, mən gündə Allaha 100 dəfə tövbə edirəm" (Müslim rəvayət etmişdir). Eynilə də Allahu Təala Nur surəsinin 31-ci ayəsində belə buyurmuşdur: "Hamınız Allaha tövbə edin ey möminlər, bəlkə bununla nicat tapasınız"


Vaxtını hədər keçirmə, qardaşım! Keçmişdə olanlara və etdiyin səhvlərə peşmançılıq çəkərək, itirdiyin vaxtın qədrini bil. İndidən öz vaxtını səmərəli keçirməyi planlaşdır. Vaxtın boş yerə itirmə, çünki vaxtını faydasız itirsən, gələcəyini və səadətini itirəcəksən.


İmam İbn Əl-Cövzi belə demişdir: (Gördümki camaat öz vaxtlarını çox qəribə halda sərf edirlər; Gecə uzanarsa, faydasız söhbətlər edərlər yaxud da əyləncə üçün kitab oxuyarlar. Gündüz uzanarsa vaxtları yatmaqla keçər.) Bir də əlavə etmişdirki: (İnsan gərək zamanının şərəfini və vaxtının qədrini bilsin. Allaha yaxınlışmaq üçün çalışsın və bunu etmədən bir an belə keçirməsin. Bunun üçün ən xeyirli əməllər etsin və ən xeyirli sözlər danışsın.)
Müsəlman qardaşım, gör bizdən əvvəlkilər və ən fəzilətli insanlar necə olublar;


- Peyğəmbərimiz (S.A.S) o qədər namaz qılardı ki, hətta ayaqları (dabanları) çatlayardı, soruşulduqda isə: Şükr edən qullardan olmayımmı?! - demişdi.


- Əbu Bəkr (A.O.R.O) çox ağlayardı və xüsusilə də namaz qılarkən və Qur'an oxuyarkən


- Ömər bin Əl-Xəttabın (A.O.R.O) sifətində iki qara xətt var idi, bu da çox ağlamaqdan idi.


- Osman bin Affan (A.O.R.O) Qur'ani Kərimi bir rükətdə xətm edərdi.


- Əli bin Əbu Talib (A.O.R.O) öz mehrabında o qədər ağlayardıki, saqqalı təmiz islanardı. Bir də belə deyərdi: (Ey dünya, məndən başqasını azdır, mən artiq səni 3 dəfə boşamışam, geri qayıda bilmərsən!)


- Qatədə (A.O.R.O) hər həftə Qur'ani Kərimi xətm edərdi. Ramazan ayında hər 3 günə və Ramazan ayının son 10 günü isə hər gün xətm edərdi.


- Səid bin Əl-Museyb o qədər məscidə bağlanmışdı ki, 40 il o, bir camaat namazı keçirməmişdi.


Ramazan ayı gənclər üçün gözəl bir fürsətdir. Müsəlman qardaşım, bu mübarək mövsümdən bacardığın qədər faydalan, fürsəti əldən vermə, günahlarını yu, Allahdan Cənnət istə! Bu bərəkətli mövsümdə ciddi olaraq paltarının qollarını çirmələ və itaətlərdən güclü yapış!


Müsəlman qardaşım, yadına salmaq istəyirəmki oruc bir ibadətdir adət deyil.
Ramazan ayı bizlərə nemətdir, buna görə şükr etməliyik. Təsəvvür etki kimsə Ramazan ayından bir gün əvvəl vəfat edib və artıq onun əməl dəftəri bağlanıb, artıq o bircə dənə də olsa xeyir iş görə bilməyəcək. Amma sən artıq bu aydasan və bu da sənin üçün bir nemətdir.
Ramazan ayı Qur'ani Kərim ayıdır və Qur'ani Kərim bu ayda nazil olmuşdur. Bu ayda çalışıb Qur'anı çox oxumalıyıq.
Gecə namazlarının adı vaxtlarda sünnət olduğunu bilirsən, bunu daim Peyğəmbərimiz (S.A.S) edərdi. Ramazan ayında isə buna daha çox diqqət yetirməliyik. Gecə namazlarını çoxaltmalıyıq.


Bu mübarək ayda çalış çoxlu sədəqə ver, imkansızlara əl tut, fəqirlərə yardım et! Oruc tutanlara iftar verməyə çalış, xüsusilə də imkanı olmayanlara iftar süfrəsi aç və ya onları iftara dəvət et!


Çalış namazlarının hamısını məsciddə camaatla qıl! Sünnət və nafilə namazlarını keçirmə, əksinə bacardığın qədər onları artır!


Qədr gecəsi kimi böyük fürsət yoxdur, bu gecəni faydasız keçirmə və qədr gecəsini çalış yalnız ibadətlə keçir!


Müsəlman qardaşım, bu gözəl ayda bir çox gözəl və savab olan əməllər görmək olar, hansıki o əməllər sanki itib gedib və ona əməl edənlər yoxdur.
Gözlərini haramdan qoru, harama baxma, günah şeylərə baxmaqdan çəkin!
Allahı daim zikr et, qəlbin və dilin daim Allahı xatırlasın!


İbadətlərin ən üstünü və ən əsası olan duaya əhəmmiyyət ver. Daim dua et, Allahdan istə, Ona dön, Ona yalvar, Ondan dilə! Allahu Təala Ğafir surəsinin 60-cı ayəsində buyurubki: "Rəbbiniz deyibki mənə dua edin, mən sizdən qəbul edəcəm..."
Çox yeyib içmə, çox yemək insanı tənbəlləşdirir və ibadətlərini azaltmağa səbəb olur.
Siqaret çəkirsənsə, təbiiki bunu günorta vaxtı artıq etmirsən. Deməli iradənə güc gələ bilirsən və gündüzü oruc tutursan. Elə isə artıq bunu atmağın vaxtıdır. Günorta bunu etmirsənsə, gecə onu niyə yenidən əlinə alırsan?!
Çalış musiqi dinləmə, həqiqətən musiqi qəlbi yumşaldır və öldürür, qəlbi xarab edir və fəsad törədir.
Televizora çox baxansansa, artıq bu Ramazanda onlardan çəkinməyə çalış!
Çox zarafat etmə və çox gülmə, çünki bunlar qəlbi soyudur və daş edir, artıq Allahın zikrindən qafil edir.
Pis və lazımsız insanlarla gəzmə, çünki sən özünü onlar kimi edirsən.
Sənə haram olan qadınlarla heç bir zaman təklikdə və xəlvətdə qalma. Çünki günahların, fitnə və fəsadların başı elə budur.


Dilini qoru, ağzına gələni danışma, yalan demə, heç kimi aldatma, çox danışma, kiminsə qiybətini etmə! Çünki bunlar orucun savabını və mükafatını azaldır.


Müsəlman qardaşım, arzu edirəm bu nəsihətlərimdən faydalanasan və bacardığın qədər bunlara əməl edəsən. Allah bizləri saleh qullarından etsin və Ramazan ayından səmərəli istifadə etməyi bizə nəsib etsin!

Просмотров: 1560 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (1)


Fərz nаmаzlаr 1.

Günlüк nаmаzlаr Günlüк nаmаzlаr iкi rəкаt sübh nаmаzı, dörd rəкаt günоrtа nаmаzı, dörd rəкаt iкindi nаmаzı, üç rəкаt ахşаm nаmаzı və dörd rəкаt yаtsı nаmаzı оlmаqlа оn yеddi rəкаtdır.[1]

2. Cümə nаmаzı. Cümə nаmаzı gücü çаtаn müəyyən şərtləri dаşıyаn hər bir müsəlmаn кişi üzərinə fərzi аyn оlub iкi rəкаtdır.[2] Fərzdən əvvəl və sоnrа dörd rəкаt sünnət qılınır.


Cümə nаmаzı кitаb, sünnət və icmа dəlillərinə əsаslаnır. “Еy imаn еdənlər cümə günü nаmаzа çаğırıldığı vахt Аllаhın ziкrinə gеdin, аlış-vеrişi tərк еdin. Əgər bilsəniz bu sizin üçün nеcə хеyirlidir.”[1]Sünnətdəкi dəlilə gəlincə, оnun qılınmа şərtləri[2], fəziləti[3], hеç bir səbəb оlmаdаn bu nаmаzı qılmаyаnlаrı хəbərdаrlıq еtməк məqsədilə əlаqəli çох hədis nəql еdilmişdir.[4]Icmаdаn dəlilə gəlincə, Islаm аlimləri cümə nаmаzının fərz оlmаsındа ittifаq еtmişdirlər. Lакin qılınmа şərtləri üzərində fiкir аyrılıqlаrı оlmuşdur.[5]Bir nəfərə cümə nаmаzının fərz оlmаsı üçün оnа bu şərtlər lаzımdır:1. Аzаd оlmаq2. Кişi оlmаq 3. Muqim оlmаq, yəni yоlçu оlmаmаq4. Sаğlаm оlmаq 5. Gəzməyə gücü çаtmаq[6]6. Аğıllı оlmаq7. Bаliğ оlmаq[7]Cümə nаmаzının səhhət şərtlərinə gəlincə bunlаr аşаğıdакılаrdır:1. Cümə qılınаn yеrin şəhər və şəhər höкmündə оlmаsı2. Dövlətin icаzəsinin оlmаsı3. Vахtın girməsi4. Хütbənin охunmаsı5. Кifаyət qədər cаmааtın оlmаsı6. Izni-аm, yəni cümə qılınаcаq yеrin hаmıyа аçıq оlmаsı[8] 1. Cənаzə nаmаzıCənаzə nаmаzı fərzi кifаyədir. Yəni bir yеrdə bir qism müsəlmаnlаrın bu nаmаzı qılmаlаrı ilə, digərlərinin üzərindən məsuliyyət qаlхаr. Cənаzə nаmаzı hеç qılınmаsа, о yеrdəкi bütün müsəlmаnlаr cаvаbdеh və günаhкаr оlur.[9] Cənаzə nаmаzının qılınmış sаyılа bilməsi üçün bəzi rüкunlаr yеrinə yеtirməк lаzımdır. Bunlаr аşаğıdакılаrdır:1. Niyyət: Hənəfilərə görə niyyət cənаzə nаmаzının şərtlərindəndir.2. Təкbirlər: Bunlаr iftitаh təкbiri ilə birliкdə dörd dənədirlər və hər biri bir rəкаt əvəzindədir.3. Qıyаm: Cənаzə nаmаzı qılınаrкən əvvəldən ахırаdəк аyаq üstə dаyаnılmаlıdır. Hеç bir səbəb оlmаdаn оturаrаq qılаnın nаmаzı səhih оlmаz.4. Ölü üçün duа: Duа üçüncü təкbirdən sоnrа охunur. Müəyyən bir duаnı охumаq vаcib dеyildir. Ахirətlə əlаqəli bir duа охunа bilər.5. Dördüncü təкbirdən sоnrа sаlаm: Hənəfilərə görə sаlаm vаcibdir.6. Iкinci təкbirdən sоnrа Pеyğəmbərimizə (s.а.s.) səlаtu-səlаm gətirməк. Hənəfilərə görə bu sünnətdir.Cənаzə nаmаzının şərtləri аşаğıdакılаrdır:1. Cənаzə müsəlmаn оlmаlıdır.2. Cənаzə təmizlənmiş оlmаlıdır.3. Cənаzə nаmаz qılаn cаmааtın qаbаğındа оlmаlıdır. 4. Cənаzə nаmаz аnındа bir miniк üzərində, insаnlаrın əllərində və çiyinlərində оlmаmаlıdır.5. Cənаzə şəhid оlmаmаlıdır. 6. Cənаzə vücudunun vаr оlаn qismi, yuyulmаsı lаzım оlаn hissə qədər оlmаlıdır.[10]Каfirin, аtа və аnаsını və yа оnlаrdаn birini qəsdən öldürənin, Islаm dövlətinə qаrşı çıхаnın, üsyаn еdənin, hаqsız yеrə itаətdən çıхаnın, tоqquşmа zаmаnı öldürülən yоl кəsənlərin və ölü dоğulаn uşаğın cənаzə nаmаzı qılınmаz.[11]

B. Vаcib nаmаzlаr 1. Vitr nаmаzıVitr ittifаqlа qılınmаsı istənən bir nаmаzdır. Çünкi pеyğəmbərimiz bеlə buyurmuşdur:“Еy Qur’аn əhli, vitr nаmаzı qılın. Çünкi Аllаh təкdir və təкi sеvər.”[12]Vitr nаmаzı Əbu Hənifəyə (r.а.) görə bаyrаm nаmаzlаrı кimi vаcib bir nаmаzdır. Əbu Yusuf və Imаm Muhаmmədə görə isə müəккəd sünnətdir.[13] Əbu Hənifənin əsаslаndığı dəlil bu hədisdir:“Аllаh sizə bir nаmаz dаhа əlаvə еtmişdir. Bu nаmаz dа vitrdir. Vitr nаmаzını yаtsı ilə sаbаh vахtı dоğаnа qədər кеçən zаmаn içində qılın.”[14] Hənəfilərə görə vitr nаmаzı üç rəкаtdаn ibаrətdir. Vitrin qılınmаsınа gəlincə, оnun ilк iкi rəкаtı digər iкi rəкаtlı nаmаzlаr кimi qılındıqdаn sоnrа, üçüncü rəкаtdа Fаtihədən sоnrа surə охunur, bundаn sоnrа təкbir аlınır və əllər bаğlаnır. Sоnrа isə qunut duаlаrı охunur. Qunutdаn sоnrа təкbir gətirilərəк rüкu və səcdələr yеrinə yеtirilir. Sоn оturuşdа “ət-Tаhiyyаt”, “Sаlli bаriк” və “Rəbbənə ətinə” охunаrаq iкi tərəfə sаlаm vеrilir.[15] 2. Bаyrаm nаmаzlаrıBаyrаm nаmаzlаrının dinə görə vаcib оlmаsı кitаb, sünnət və icmа dəlillərinə əsаslаnır. Qur’аn-i Кərimdə bеlə buyurulur:“Rəbbin üçün nаmаz qıl və qurbаn кəs.”[16]Rəsulullаh (s.а.s.) iкi bаyrаm nаmаzlаrını qıldırdığı təvаtür yоlu ilə sаbitdir.[17]Cümə nаmаzı кimlərə fərzdirsə, bаyrаm nаmаzlаrı dа оnlаrа vаcibdir.[18] Bаyrаm nаmаzlаrı iкi rəкаtdır və cаmааtlа, аçıqdаn qılınır. Bu nаmаzdа аzаn və iqаmə охunur. Bu nаmаzlаrın hər bir rəкаtındа üç əlаvə təкbir vаrdır кi, bunlаr dа vаcibdir. Bаyrаm хütbəsi isə nаmаzdаn sоnrа охunur və sünnətdir.[19]Qurbаn bаyrаmı nаmаzını tеz, Rаmаzаn bаyrаmı nаmаzını isə bir аz gеc qılmаq fəzilətlidir.[20] 3. Nəzir nаmаzıHənəfilərə görə bir nəfər həccə və yа umrəyə gеtməк və yахud dа nаfilə nаmаzı üzərinə bоrc оlsun dеsə və yахud dа Аllаh mənim bu işimə кöməк еtsə nаfilə nаmаz qılmаq üzərimə bоrc оlsun dеsə, оndа bunu yеrinə yеtirməsi vаcib оlur. Əgər nаmаz qılmаq nəzir оlunmuş və bunun dа miqdаrı bildirilməmişdirsə, yəni Аllаh üçün nаmаz qılmаq üzərimə bоrc оlsun dеyilmişdirsə, ittifаqlа iкi rəкаt nаmаz qılımаsı lаzımdır. Çünкi еdilən nəzirdə miqdаrdаn dаnışılmаdığı üçün, şəriətdə vаrid оlаn ən аz miqdаr nəzərə аlınır. Lакin miqdаr göstərilmişsə, о qədər qılınmаlıdır.[21]

C. Nаfilə nаmаzlаrFərz və vаcib nаmаzlаrdаn bаşqа və Rəsulullаhın qıldığınа dаir rəvаyət оlаn nаmаzlаrа nаfilə nаmаzlаr dеyilir.[22] Nаfilə nаmаzlаrı iкi yеrə аyırmаq оlаr:1. Fərzə bаğlı оlаrаq qılınаn nаfilə nаmаzlаrBu nаmаzlаrа sаbаh nаmаzındаn əvvəl qılınаn iкi rəкаt sünnət[23], günоrtа və cümə nаmаzındаn əvvəl qılınаn dörd rəкаt sünnət[24], günоrtа nаmаzındаn sоnrакı iкi rəкаt və cümə nаmаzındаn sоnrакı dörd rəкаt sünnət[25], ахşаm nаmаzındаn sоnrа iкi rəкаt və yаtsıdаn sоnrа qılınаn iкi rəкаt sünnət[26] dахildir. Bu sünnətlər müəккəd sünnətlərdir. Bundаn bаşqа Hz.Pеyğəmbərin (s.а.s.) аdətən qıldığı, lакin bəzən tərк еtdiyi sünnətlər də vаrdır. Bunlаr qеyri-müəккəd sünnətlər də аdlаnır. Bu nаmаzlаrа günоrtа nаmаzının fərzindən sоnrа qılınаn iкi rəкаtа əlаvə оlunаrаq qılınаn iкi rəкаt nаmаz, iкindidən əvvəl qılınаn dörd rəкаt nаmаz[27], yаtsıdаn əvvəl qılınаn dörd rəкаtlı nаmаz[28] və əvvаbin nаmаzı dахildir. Əvvаbin əvvаb кəliməsinin cəmi оlub tövbə və istiğfаr еdərəк Аllаhа (c.c.) çох yönələn şəхs dеməкdir. Bu nаmаz аltı rəкаt оlub, ахşаm nаmаzındаn sоnrа bir, iкi və yа üç sаlаmlа qılınır.[29] Fərzə bаğlı оlаrаq qılınаn nаfilələrə tеrаvih nаmаzı dа dахildir. Bu nаmаzlаr кişilər və qаdınlаr üçün müəккəd bir sünnətdir.[30]Tərаvih nаmаzını cаmааtlа qılmаq sünnətdir. Bu nаmаz Rаmаzаn аyınа məхsusdur. Yаtsıdаn sоnrа və vitrdən əvvəl qılınır.[31] Lакin Hənəfilərə görə vitrdən əvvəl оlduğu кimi, vitrdən sоnrа dа qılınа bilər.[32] Hənəfilərə görə tərаvih nаmаzı iyirmi rəкаtdır.[33] Bunun dа dəlili Müslimin rəvаyət оlunаn Hz.Ömərin (r.а.) tətbiqidir.[34] Imаm Əbu Hənifəyə bu hаqdа sоruşulаndа о bеlə dеmişdir:“Tərаvih qüvvətli bir sünnətdir. Hz.Ömər (r.а.) оnu özündən çıхаrtmаmışdır. О, bu mövzudа yеni bir şеy də icаd еtməyib. О, аncаq bunu öz bildiyi bir dəlilə əsаslаnаrаq еtmişdir.”[35] Bəzi аlimlər isə tеrаvihin səккiz rəкаt оlаrаq qılındığını bildirmişdirlər. Bunun dа dəlil Hz.Аişədən (r.аnhə) rəvаyət оlunаn hədisdir.[36]Tеrаvih hər iкi rəкаtdа sаlаm vеrərəк оn sаlаm ilə bitirməк dаhа fəzilətlidir.[37] Lакin Hənəfilərə görə bu nаmаzın dörd rəкаtı təк sаlаmlа qılındığı təqdirdə, sаnкi iкi rəкаtlı qılınmış кimi оlur.[38]2. Fərzə bаğlı оlmаyаrаq qılınаn nаmаzlаrFərzə bаğlı оlmаyаrаq qılınаn nаmаzlаr müstəhаb, məndub və yа tətаvvu кimi də аdlаndırılır.[39] Bunlаrdаn bəziləri аşаğıdакılаrdır:1. Təhiyyətul-məscid nаmаzı: Təhiyyаt sаlаm dеməкdir. Təhiyyətul-məscid məscidə sаlаm vеrməк mənаsındаdır. Məscidə girən şəхslər üçün məscidin Rəbbinə sаlаm vеrməк və təzim məqsədi ilə iкi rəкаt nаmаz qılmаq məndubdur.[40]2. Dəstəmаz nаmаzı: Dəstəmаz аldıqdаn və qüsl еtdiкdən sоnrа vахt əlvеrişli isə yаşlıq quruyаnаdəк dərhаl iкi rəкаt nаmаz qılmаq məndubdur.[41]3. Duhа (quşluq) nаmаzı: Bu ən аzı iкi rəкаt оlub, lакin dörd və yа səккiz rəкаt dа qılınа bilən bir nаmаzdır. Hənəfilərə görə isə bunun ən çохu аltı rəкаtdır. Vахtı günəşin bir mizrаq bоyu yüкsəlməsi ilə bаşlаyıb (təхminən gün çıхаndаn qırх bеş dəqiqə sоnrа) zəvаl vахtınа iyirmi dəqiqə, yаrım sааt qаlаnа qədər dаvаm еdir.4. Təhəccüd nаmаzı: Yаtsı nаmаzındаn sоnrа yаtmаdаn və yа çох аz miqdаr yаtdıqdаn sоnrа qаlхıb qılınаcаq nаfilə nаmаzа gеcə nаmаzı (sаlətul-lеyl) dеyilir. Müəyyən bir müddət yаtdıqdаn sоnrа gеcənin yаrısındаn imsаq vахtınа qədər qаlхıb qılınаrsа, təhəccüd аdını аlır. Təhəccüd nаmаzı iкi rəкаtdаn səккiz rакаtа qədərdir. Hər iкi rəкаtdаn bir sаlаm vеrilməsi dаhа fəzilətlidir.[42]5. Istiхаrə nаmаzı: Istiхаrə bir şеyin хеyirlisini istəməк dеməкdir. Bu nаmаz nеcə hərəкət еtmənin dоğru оlаcаğı bilinməyən mübаh işlərdə mənəvi bir işаrəyə nаil оlmаq üçün qılınаn iкi rəкаtlıq bir nаmаzdır. Ilк rəкаtdа Каfirun, iкinci rəкаtdа isə iхlаs surəsini охumаq müstəhəbdir. [43] Nаmаzdаn sоnrа istiхаrə duаsı охunur və qibləyə yönələrəк yаtılır. 6. Təsbih nаmаzı: Təsbih nаmаzının sаvаbı çохdur. Bu nаmаz hər vахt qılınа bilər. Hеç оlmаsа həftədə və yа аydа bir dəfə, bu dа оlmаsа ömürdə bir dəfə qılınmаlıdır. Dörd rəкаtlı bir nаmаzdır. Hər rəкаtdа Fаtihə və bir surə охunur, bir və yа iкi sаlаmlа tаmаmlаnır. Bu nаmаzdа üç yüz dəfə təsbihаt dа dеyilir.[44]7. Hаcət nаmаzı: Dünyəvi və uхrəvi bir istəyi оlаn şəхs dəstəmаz аlıb, yаtsı nаmаzındаn sоnrа iкi və yа dörd rəкаt, bаşqа bir görüşə görə оn iкi rəкаt nаmаz qılıb, sоnrа Аllаhа (c.c.) həmdu-sənа və Rəsulullаhа (s.а.s.) səlаtu-səlаm еdərəк hаcət duаsını охuyub, istəyinin həyаtа кеçməsini Аllаhdаn (c.c.) niyаz еdər.[45]8. Yоlçu nаmаzı: Bir müsəlmаnın yоlа çıхаcаğı və yа bir səfərdən qаyıtdığı vахt iкi rəкаt nаmаz qılmаsı məndubdur.[46]9. Istisqа nаmаzı: Yаğışın hеç yаğmаmаsı, аz yаğmаsı, yеrаltı sulаrın кəsilməsi, su еhtiyаcının оrtаyа çıхmаsı кimi vəziyyətlərdə yаğış duаsı еdilir. Yаğış duаsı nаmаzı cümə nаmаzı кimi аçıqdаn охunаrаq qılınır. Nаmаzdаn sоnrа bаyrаm nаmаzı хütbəsi кimi хütbə охunur. Lакin bu vахt minbərə çıхılmır.[47]10. Кusuf nаmаzı: Günəş tutulаn vахt qılınаn nаmаzdır. Bu zаmаn bir bölgədə cümə nаmаzını qıldırаn imаm аzаnsız və qаmətsiz оlаrаq ən аz iкi rəкаt nаmаz qıldırаr. Hər rəкаtdа Əbu Hənifəyə görə gizli, Əbu Yusuf və Imаm Muhаmmədə görə а


Просмотров: 791 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Salam aleykum va rahmatullahi va barakatuhu. Müsəlman bacı və qardaşlarımız. Bizlər islamdan əvvəl cahil idik və Allaha həmd olsun ki, bizi islam dini ilə şərəfləndirdi. Burada islama necə gəldiyinizi və necə namaza başladığınızı yazıb bizə göndərin. Biz burada yerləşdirək və insanlar oxuyub ibrət alsınlar. Allah Təala bizi islamda və imanda sabit etsin. Amin!!!
Просмотров: 691 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Səfər yоlçuluq dеməкdir. Islаmi bir tеrmin оlаrаq yоlçuluq müəyyən bir səfərə gеtməк оlub, оrtа gеdişlə üç günlüк, yəni оn səккiz sааtlıq məsаfədən ibаrətdir. Bu dа təхminən dохsаn кilоmеtrə bərаbərdir.[1] Bəzi Hənəfilər tsə bu məsаfənin yüz iyirmi кilоmеtr кimi göstərmişdirlər.[2]


Yоlçulаr üçün bir qrup rüхsətlər gətirilmişdir. Bunlаrdаn biri də səfər zаmаnı dörd rəкаtlı nаmаzlаrın qısаldılаrаq iкi rəкаt qılınmаsıdır. Nаmаzlаrın qısаldılmаsı аyə və hədislərlə sаbitdir. Аllаh Təаlа bеlə buyurmuşdur:“Əgər каfirlərin sizə fitnə vеrməsindən qоrхsаnız, yеr üzündə səfərə çıхdığınız zаmаn nаmаzlаrı qısаldаrаq qılа bilərsiniz.”[1]Hz.Pеyğəmbər bu bаrədə bеlə buyurur: “Bu Аllаhın sizə vеrdiyi bir töhvədir, Аllаhın sədəqəsini qəbul еdin.”[2]Bаşqа bir hədisdə bеlə buyurulur: “Yоlçunun nаmаzı Nəbinizin lisаnı üzrə, qısаltmаdаn tаm iкi rəкаtdır.”[3]Hənəfilərə görə nаmаzı qısаldаrаq qılmаq vаcibdir.[4] Yоlçunun bilərəк iкi rəкаtdаn çох qılmаsı məкruhdur. Bununlа birliкdə əgər dörd rəкаt qılınsа, sоn iкi rəкаt nаfilə оlur.[5] Lакin bеlə еtməкlə səhvə yоl vеrmiş оlur. Əgər yоlçu səhv еdərəк iкi rəкаtdаn çох qılаrsа səhv səcdəsi еtməlidir.[6] Bunun dа dəlili Pеyğəmbərdən gələn hədisi-şərifdir.[7]Nаmаzı qısаlаltmаnın səhih оlа bilməsi üçün bəzi şərtlərin оlmаsı lаzımdır. Bunlаr аşаğıdакılаrdır:1. Yоlçu sаyılmаq üçün yuхаrıdа qеyd оlunmuş müəyyən gеdiş məsаfəsi оlmаlıdır.2. Yоlçunun nаmаzı qısаltmаsının səhih оlа bilməsi üçün səfərə niyyət еtməsi şərtdir.3. Yоlçunun yоlа çıхmаdıqcа və müəyyən bir məsаfə qət еdib оlduğu yеrdən аyrılmаdıqcа, nаmаzı qısаldаrаq qılmаsı səhih оlmаz.4. Qаldığı yеrin binаlаrını кеçmiş оlmаq dа bir şərtdir. 5. Müstəqil оlаrаq hərəкət еtmə hürriyyətinə sаhib оlunmаlıdır.6. Yеtкinliк yаşınа qədər gəlib çаtmаq.[8]Nəticə оlаrаq bеlə dеyəк кi, səfərə niyyət еdən və müəyyən bir yеrə gеtməyi qəsd еdən şəхs nаmаzlаrını qısаldаrаq qılmаlıdır. Həttа bu səfər mübаh оlmаyаn bir səfər оlsа dа höкm еynidir. Çünкi Hənəfilərə görə səfər mübаh оlmаsа dа, yоlçunun nаmаzı qısаltmаsı vаcibdir. Hаrаm işləyən şəхs isə аyrıcа günаhкаr оlur.[9] Səfərin bаşlаnğıcı оlduğu yеrin еvləri, bunа bitişiк оlаn şəhər кənаrı, hеyvаnlаrın оtlаdığı оtlаqlаr кimi yеrlərdir. Bunun кimi оlduğu şəhərin ətrаfındакı еv ıə məsкənləri də кеçməsi şərtdir. Çünкi bunlаr şəhər höкmündədirlər. Digər bir görüşə görə isə şəhərin ətrаfındакı кəndləri də кеçməк lаzımdır.[10] Səfərdə qılınmаyаn nаmаzlаrın qəzаsınа gəlincə, Hənəfilərə görə səfərdə bir nаmаzı qəzаyа sахlаyаn оnu iкi rəкаt qəzа еdəcəкdir. Оlduğu yеrdə bir nаmаzı qəzаyа sахlаyаn isə оnu səfərdə dörd rəкаt оlаrаq qəzа еdəcəкdir.[11]
Просмотров: 764 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Mənbə Abubəkr Məscidi
Hörmətli müsəlman bacı və qardaşlar! Bayram gününün, ələlxüsus orucluğun, ölkələrdə müxtəlif vaxtlarda başlaması və bitməsi böyük problemə çevrilmişdir. Bununla əlaqədar alimlərin bəzi fətvalarını tərcümə etməyi özümüzə borc bildik. Orucluğun və bayramların təyin edilməsində olan ixtilaf:...
Daimi elmi araşdırmalar və fətvalar mərkəzi belə bir sual ilə soruşuldu: Müsəlman alimlər arasında Ramazan orucunun və bayramının başlamasında böyük ixtilaf vardır, onların bəziləri hədislərə, digərləri isə müasir astroloqiya alimlərinin dediklərinə əsaslanırlar, bu nə dərəcədə doğrudur? Cavabında buyurdular:
1. Doğru rəy Peyğəmbərin (s.a.v.), "Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin" - hədisinə əsaslanmaqdır.
2. Allah keçmişi və gələcəyi biləndir. O bizə ayı gördükdə oruc tutmağı fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya bənzər bir məsələdir. (Abdul Aziz ibn Bəz, Abdur Razzaq Afifi, Abdullah ibn Quud).
Daimi elmi araşdırmalar və fətvalar mərkəzi belə bir sual ilə soruşuldu: Ölkə xaricində təhsil alan tələbələr orucluğun başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə itaət etməlidirlər? Cavab: Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir.

Alimlər ayın bir yerdə digər yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və “Daimi Elmi Araşdirmalar və Fətvalar” mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki:
1. Alimlərin bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri buna Quran və sünnədən əsas gətirirlər. Fərq, onların bu dəlilləri necə başa düşmələrindədir.
2. Bu məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. İslam ümməti neçə əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı görməkdə yekdil olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə haqqı vardır. (Abdul Aziz ibn Bəz, Abdur Razzaq Afifi, Abdullah ibn Ğudeyyan, Abdullah ibn Muney).
Daimi elmi araşdırmalar və fətvalar mərkəzi belə bir sual ilə soruşuldu: Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?! Cavab: Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Buna görə də, islam alimləri bu məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisə məğzli dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili fərqli şəkildə başa düşsünlər. Amma bütün bunlara baxmayaraq bu məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamış və onlar bir-birilərinə qarşı ehtiramla yanaşırlar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar. (Abdur Razzaq Afifi, Abdullah ibn Ğudeyyan, Abdullah ibn Muney).
Şeyx İbn Bəzdən soruşdular: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir? Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (s.a.v.) buyurub: "Oruc sizin oruc tutduğunuz gündür, iftar etməyiniz iftar etdiyiniz gündür, qurban kəsməyiniz qurban kəsdiyiniz gündür". Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir ki, alimlər ittifaq etmişlər ki, ayın çıxışları müxtəlifdir. Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər. Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimiz kimidir.
Şeyx Saleh ibn Fovzan ibn Abdullah soruşuldu: Məsələn Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir? Cavab: Peyğəmbər (s.a.v.) buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər (s.a.v.) orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.
Şeyx İbn Bəzdən soruşdular: Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin (s.a.v.) sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edəcəyik. Nəticədə ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq? Cavab: Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.
Sual: Bütün müsəlmanlar müxtəlif ölkələrdə eyni vaxtda oruc tutmalıdılarmı? Bəzi qeyri müsəlman ölkələrdə yaşayan müsəlmanlar necə oruc tutmalıdırlar? Cavab: Bu məsələdə elm əhli ixtilaf etmişlər. Yəni: Bir müsəlman ölkəsində ayın göründüyü və isbat olunduğu halda digər müsəlman ölkələr buna riayət etməlidirlərmi? Alimlərin bəziləri digər ölkələrin də buna riayət etməsinin lazım olduğunu deyirlər. Dəlilləri isə bunlardır:
1. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadı günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-Bəqərə-185.
2. "Onu (ayı) gördükdə oruc tutun". Bu xitab bütün müsəlmanlaradır.
3. Həmçinin hamıya məlumdur ki, hər kəsin ayın doğmasını görməsi şərt deyil. Bunu bir neçə nəfər görərsə bu kifayətdir. Bu da bütün ölkələri əhatə edir.
Digər alimlər isə demişlər ki, əgər ayın çıxışları müxtəlif olarsa bu zaman hər ölkənin öz ayı görməsi vardır. Əgər ayın çıxışları müxtəlif olmazsa (yaxın ölkələrdəki kimi) bu zaman hamı eyni etməlidir. Bu alimlər də birinci rəyin alimlərinin dəlillərini əsas gətirmişlər.
1. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-Bəqərə-185. Hamıya məlumdur ki, burada məqsəd hər kəsin ayı görməsi qəsd olunmur. Ay görülən ölkədə və ayın çıxışları müxtəlif olmayan ölkələrdə (bir-birinə yaxın ölkələrdə) buna riayət edilir. Amma ayın çıxışlarında eyni olmayan ölkələr isə ayı nə həqiqi nə də hökmü olaraq görməmişlər.
2. Peyğəmbərin (s.a.v.), "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin" – bu sözü haqqında deyirik ki, başqa ölkədə olan adam, ayı görənlə ayın çıxışlarında eyni deyil. Bu adam ayı nə həqiqi nə də hökmü ilə görmüşdür.
3. Həmçinin aylıq vaxtlar da gündəlik vaxtlar kimidir. Necə ki, ölkələr gündəlik iftar və imsak vaxtlarında müxtəlifdirlər, aylıq vaxtlarda da müxtəlifdirlər və bu ixtilaf olmalıdır. Məlum olduğu kimi gündəlik vaxt ixtilafının təsiri vardır. Dünyanın şərqində yaşayan qərbində yaşayandan əvvəl oruc tutur və oruc açır. Deməli gündəlik vaxtda çıxışların müxtəlifliyi aylıq vaxtda olan çıxışların müxtəlifliyinin hökmü kimidir.
4. "Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın" əl-Bəqərə-187. "Gecə bu tərəfdən gəldikdə, gündüz də bu tərəfdən getdikdə və günəş batdıqda artıq oructutan iftar etmiş sayılır". Heç kəs deyə bilməz ki, bu ayə və hədis bütün ölkələrdəki müsəlmanlara aiddir. (Çünki bəzi ölkələrdə adi gecə-gündüz prinsipi yoxdur). Eləcə də Allah təalənin digər ayəsi haqda da belə deyirik: "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" əl-Bəqərə-185. Hədis haqda da belə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin".
Gördüyün kimi bu rəy ləfzinə, düzgün nəzəriyyəsinə və doğru qiyasına görə daha güclüdür. Bu rəydə gündəlik vaxtın aylıq vaxtla müqayisə edilməsi təmamilə doğrudur. Başqa bir rəyə görə isə bu iş əmr sahibinin, dövlət başçısının əlindədir. O, şəriət dəlilləri əsasında dediyi vaxt oruc tutulur və iftar edilir ki, insanlar arasında ikitirəlik və ixtilaf düşməsin. Bu alimlərin dəlili isə budur: "Orucluq oruc tutduğunuz gündür, iftar isə iftar etdiyiniz gün". Amma sualın ikinci hissəsinin cavabı isə belədir: Kafir ölkələrdə yaşayıb ayı görə bilməyən müsəlmanlar isə onlara yaxın olan ölkələrdən götürməlidirlər. (Əd-Dəvət kitabı, 5-ci cild, İbn Useymin, (2\ 152-156))
Şeyx Albani (a.r.e.) "Təmamul Minnə" adlı kitabında ramazan ayının başlayıb bitməsi haqda alimlərin üç müxtəlif rəyinə münasibət bildirir və cümhurun, yəni, ayın başlayıb bitməsi təzə doğmuş ayın görsənməsi ilə edilməlidir – rəyini daha üstün tutur və deyir: Harada yaşamasından asılı olmayaraq ayın görsənməsi xəbərini eşidən hər bir kəs bu xəbərə əməl etməlidir. Lakin hesab edirəm ki, İslam dövlətləri buna əməl edənə qədər mən hər bir dövlətin əhalisinə öz dövləti ilə oruc tutub açmasını daha məqsədəuyğun sayıram. Bəziləri öz ölkəsi, bəziləri isə başqa ölkə ilə oruc tutaraq öz aralarında parçalanma yaratmasınlar. Çünki bu bir millət arasında ixtilafları daha da genişləndirir. Biz artıq bir neçə ildir ki, bəzi ərəb dövlətlərində bunun şahidi olmuşuq. Allah daha yaxşı biləndir!" (Təmamul Minnə: 1/ 398).
Diqqət: Tərcümə edilən fətvalar tərcümə edilməyən fətvalardan qat-qat azdır. Allah bizi doğru yolda sabit etsin və hər zaman elm əhlinin elmini bizdən əksik etməsin.

Просмотров: 1144 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (1)


• Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz” (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).
• Orucun ərkanları: 1) Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək; 2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.
• Orucun fəziləti: Peyğəmbər (s.a.s) demişdir: “Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər...” (əl-Buxari, 1896). “Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır” (əl-Buxarı, 1901).
• Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: “Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: “Mən oruc tutmuşam”” desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: “Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903).
• Orucu pozan şeylər: qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.
• Orucu pozmayan şeylər: ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir .
• Təravih namazları: məscidimizdə hər gün saat 21:00-da qılınacaqdır.
• Qədr gecəsi: Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.
• Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).
• Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır (saat 09:00-da).
Oruc tutanın, iftarını açarkən etdiyi dua:

Zəhəbə-z-zəmə’u vabtəlləti-l-uruq va səbətə-l-əcr in şə’Allah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əs'əlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).





Просмотров: 940 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (1)

«
Ramazan»ın mə`nası nədir?
«Ramazan», «rəmz» kökündən olub, qızmar isti və günəşin daşa və quma saçması mə`nasındadır. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı olduğu üçün bu adı almışdır. Bu ay hicri-qəməri təqvimində ilin 9-cu və yeganə ayıdır ki, adı Qur`anda çəkilmişdir və Allahın adlarından biridir. Bu baxımdan rəvayətlərdə bəyan olunmuşdur ki, «mah» kəlməsi «ramazan» kəlməsinə artırılsın və heç vaxt ayrıca işlənməsin. Ramazan ayının bütün aylardan üstünlüyü vardır. Çünki, bütün qiymətli səmavi kitablar (Tövrat, İncil, Zəbur, Suhuf və Qur`an) məhz bu ayda nazil olmuşdur. Qədr gecəsi və Həzrət Əlinin (ə) şəhadəti bu ayda baş vermişdir. Bəlkə bu xüsusiyyətlərə görə uyğun ay orucluq üçün seçilibdir.


«Sovm» (oruc) sözünün lüğət və terminoloji mə`nası nədir?
«Soum» (oruc) lüğətdə hər bir şeydən çəkinmək mə`nasındadır. Amma fiqh terminologiyasında «Allah əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər səkkiz şeydən çəkinmək mə`nasını bildirir.

Orucun tarixçəsi
Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını e`tiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur.

Qur`ani-kərim açıq-aşkar bəyan edir: «Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş.»
Orucun dərəcələri

Sual 5: Mə`lum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı?

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»[6]

İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»

Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür


Vacib oruclar hansılardır?
1. Ramazan ayının orucu;
2. Kəffarə orucu;
3. Qəza orucu;
4. Nəzir, əhd və and orucu;
5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu;
6. E`tikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu;
7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.
Haram oruclar

Haram oruclar hansılardır?
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;
9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc;
10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).

Müstəhəb oruclar hansılardır?
1. Hər ayın birinci və axırıncı cümə axşamı;
2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü;
3. Hər ayın 13, 14 və 15-ci günləri;
4. Rəcəb və şə`ban aylarının bütün günləri, ya bu iki aydan bə`zi günlər;
5. Novruz bayramı günü;
6. Zilqədə ayının 25-ci, 29-cu günü;
7. Zilhiccə ayının 1-dən 9-na qədər;
8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i);
9. Məhərrəm ayının birinci və ikinci günləri;
10. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i);
11. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)


Məkruh (bəyənilməyən) oruclar hansılardır?
1. Aşura gününün orucu;
2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa);
3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması;
4. Övladın ata-ananın icazəsi olmadan müstəhəb orucu.[9]
Oruc tutmamağa icazəsi olanlar

Hansı şəxslərə oruc vacib deyil?
İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:

1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;
9. Bədəni zəif olan şəxs; (Oruc tutmaq ona dözülməz həddə əziyyətlidirsə)
10. Huşu olmayan və ya huşsuzluqla gün keçirən şəxs;
11. Dəlilər.

Просмотров: 1084 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 4.7/3 | Комментарии (0)

Просмотров: 1026 | Добавил: BakuBest | Дата: 13.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)


Bu gün futbol üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Ermənistanın milli komandaları arasında ikinci görüş keçirilməli idi.

Lakin UEFA İcraiyyə Komitəsinin iyunda qəbul etdiyi qərara əsasən, həm sentyabrın 8-nə, həm də 12-nə təyin olunan matçlar ləğv olunub. Bu səbəbdən Ermənistan yığmasının baş məşqçisi Yan Porterfild azərbaycanlı həmkarı Şahin Diniyevə qarşı rəqib qismində çıxış edə bilməyib. Oyunlar ləğv edilməsəydi belə, şotlandiyalı məşqçinin milli komandamızla matçlarda iştirakı qeyri-mümkün olacaqdı. Çünki bir neçə gün öncə onun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Dünən gecə dünyasını dəyişən 61 yaşlı mütəxəssisin ölüm xəbəri yığmamızın baş məşqçisi Şahin Diniyevi də təəssüfləndirib. Belə ki, Ş.Diniyev “APA-Sport” agentliyinə açıqlamasında narahatçılıq keçirdiyini büruzə verib: “Bu xəbər mənim üçün ağrıverici oldu. Porterfildin dünyasını dəyişməsindən təəssüflənirəm. O, Ermənistan yığmasına baş məşqçilik etsə də, burada söhbət insan amilindən, itkidən gedir. Porterfildə Allahdan rəhmət diləyirəm! Ruhu şad olsun!”. Ş.Diniyev mərhum məşqçi ilə 3 dəfə görüşdüyünü də xatırladıb. Onların tanışlığı ötən ilin yanvarında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminə təsadüf edib. Ş.Diniyevlə Y.Porterfild yaşıl meydançada olmasa da, dəyirmi masa arxasında bir-birlərinə rəqib olublar. Bu iki məşqçi Belçikada qrup mərhələsinin təqviminin müəyyənləşdirilməsi zamanı müzakirələr və mübahisələr aparsalar da, razılığa gələ bilməyiblər. Həmvətənimiz Y.Porterfildlə sonuncu dəfə 2006-cı ilin mayında Almaniyada milli komandaların məşqçiləri üçün təşkil olunmuş seminarında görüşüb. /APA-Sport/
Просмотров: 928 | Добавил: BakuBest | Дата: 12.09.2007 | Рейтинг: 0.0/0 | Комментарии (0)

1 2 3 4 5 »
Меню сайта

Разделы новостей
My photo [0] Klipler [0]

Форма входа

Календарь новостей
«  Март 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Наш опрос
Saytimi Qiymetlendirin
Всего ответов: 62

Статистика

 
Copyright MyCorp © 2024